Şəkidə dini radikalizmlə bağlı marifləndirmə seminarları həyata keçirilib
Tarix: 08.12.2016 | Saat: 17:25:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Könüllü Gənclər” İctimai Birliyi "Dini Radikalizmlə Mübarizədə Ənənəvi İslamın Rolu" adlı layihənin icrasına start verib. Layihə çərcivəsində ilk olaraq Şəki şəhərində marifləndirmə seminarları həyata keçirilib. Seminarlara orta məktəb şagirdləri, ali məktəblərdə təhsil alan gənclər və QHT-lərin nümayəndələri iştirak ediblər.
 Qeyd edək ki, “Könüllü Gənclər” İctimai Birliyi ölkədə radikal dini qrupların və qeyri-ənənəvi təriqətlərin zərərli təbliğatlarının qarşısını almaq, milli-mənəvi dəyərlərin, eləcə də ölkədəki tolerantlıq mühitinin qorunub-saxlanılması məqsədiylə bu layihəni həyata keçirir.
Seminarlarda ilk olaraq Şəki şəhəri Gənclər və İdman İdarəsinin rəisi Vüqar İsgəndərov çıxış edərək bu kimi tədbirlərin Şəki şəhərində keçirilməsinə görə “Könüllü Gənclər” İctimai Birliyinə öz təşəkkürünü bildirdi və onuda əlavə etdiki günümüzdə aktual olan bu cür mövzuların gənclərimizə çatdırılması vacibdir və maarifləndirmə işi dahada geniş müstəvidə həyata keçirilməlidir. Daha sonra İlahiyyatçı və araşdırmaçı Müşfiq Nəcəfov çıxış edərək İslam mədəniyyət tarixi, milli-mənəvi dəyərlərimiz, mənəvi saflıq , ailə dəyərlərimiz və valideyinlərə ehtiram, islamda əxlaqın yeri, doğruluq və səbr, islama görə vətən sevgisi, islamın digər dinlərə baxışı, radikalizm və ekstremizimin zərərləri haqqında yeniyetmə və gənclərə ətraflı məlumat verib.
Tədbirin sonunda gəncləri maraqlandıran suallar cavablandırıldı və treyninq iştirakçılarına yazılı təsvirli köynəklər, bukletlər, bloknotlar və qələmlər təqdim olundu.




 
Bölməyə aid digər xəbərlər
25.05.2019
Əsl müəllim həmişə nümunəvi vətəndaş, yaxşı şagird yetişdirməyə çalışır
24.05.2019
Şabran məktəbliləri internetdə olan imkanlar və təhlükələr barədə məlumatlandırılıb
24.05.2019
Azərbaycan Ordusuna mənəvi dəstək aksiyası keçiriləcək
24.05.2019
Bakının Baş Planı ilə bağlı layihə tamamlanmaq üzrədir
23.05.2019
Yevlax-Zaqatala-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolu təmir olunur

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10787

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 …Hər sözdə vətən axtaran soydaşımız
5 Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info