ƏƏSMN-də Beynəlxalq Əmək Təşkilatının ekspertləri ilə birgə treninq keçirilir
Tarix: 08.12.2016 | Saat: 18:31:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə səfərdə olan Beynəlxalq Əmək Təşkilatının (BƏT) ekspertləri – BƏT-in baş əmək administratoru, əmək inspeksiyası və əməyin mühafizəsi üzrə mütəxəssisi Valentin Mocanu və BƏT-in mütəxəssisi Roman Litvyakovla görüş olub.
BƏT ekspertlərinin səfərində məqsəd sosial tərəfdaşların (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası) nümayəndələrindən ibarət üçtərəfli İşçi Qrupu üçün “Əmək müfəttişliyinin potensialının artırılması, üçtərəfli İşçi Qrupu tərəfindən mövcud leqal və institisional çərçivədə situasiyanın təhlil olunması” mövzusunda treninqin keçirilməsidir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Əlizadə ölkəmizdə əmək siyasətinin mütərəqqi beynəlxalq normalar əsasında təkmilləşdirilməsi, əmək hüquqlarının müdafiəsi sahəsində görülən işlər barədə ekspertlərə məlumatlar verib. Əmək münasibətlərinin elektron qeydiyyat sistemindən bəhs edən F.Əlizadə bu sistemin əmək bazarının əhatəli uçotunun aparılmasında, əmək hüquqlarının müdafiəsində üstünlüklərini qeyd edib, təkcə bu ilin 11 ayında bu sistemdən 1 milyon 925 min 253 dəfə, son bir ayda isə 203 628 dəfə istifadə edildiyini bildirib. O, cari ilin sentyabrında ölkəmizdə sosial tərəfdaşlar arasında Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın təsis edildiyini, bunun üçtərəfli sosial dialoq üzrə institusional strukturun inkişafında önəmini diqqətə çatdırıb.
Xidmət rəisi bildirib ki, BƏT-in ekspertləri tərəfindən sosial tərəfdaşların üçtərəfli İşçi Qrupu üçün treninqin təşkil edilməsi Təşkilatla fəal əməkdaşlığın uğurlu davamıdır. Treninq əmək müfəttişliyinin potensialının gücləndirilməsində, İşçi Qrupun peşəkar fəaliyyətinin təşkilində, İşçi Qrupu tərəfindən leqal və institisional çərçivədə situasiyanın təhlil olunmasında əhəmiyyətlidir.
V.Mocanu və R.Litvyakov birgə əməkdaşlıqdan məmnun olduqlarını vurğulayıblar. Onlar üçtərəfli İşçi Qrupun fəaliyyətinin daha səmərəli təşkili baxımından keçiriləcək treninqin faydalı olacağını, ümumən qarşıdakı dövrdə müvafiq mövzularda seminarların davam etdiriləcəyini bildiriblər.
Daha sonra V.Mocanu və R.Litvyakov tərəfindən üçtərəfli İşçi Qrupun iştirakı ilə “Əmək müfəttişliyinin potensialının artırılması, üçtərəfli İşçi Qrupu tərəfindən mövcud leqal və institisional çərçivədə situasiyanın təhlil olunması” mövzusunda treninqə başlanılıb. Tədbir çərçivəsində İşçi Qrupu üçün iki illik treninq proqramının tərtib olunması da nəzərdə tutulur. Həmin dövrdə “BƏT materiallarının və vasitələrinin milli dilə tərcümə edilməsi, əməyin mühafizəsi qaydalarının və əmək qanunvericiliyinin təkmilləşdirilməsi planının inkişafı və icrası”, “Sosial dialoqun, beynəlxalq əmək standartlarının, gender bərabərliyinin təbliği və diskriminasiyanın qarşısının alınması”, “İşçi qrupu üçün texniki dəstək və konsultasiyalara dair” və s. mövzularda seminarların təşkili planlaşdırılır.

Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Məcburi köçkünlərlə növbəti görüş keçirilib
25.09.2018
Qəbələdə 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır
25.09.2018
Nazir müavini: Pensiya təyinatı proseduru elektronlaşdırılacaq
24.09.2018
Səyyar ASAN xidmət davam edir
24.09.2018
Leyla Əliyeva “Beynəlxalq Sülh Günü”nə həsr olunmuş tədbirə qatılıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10143

1 Yalnızlıq qorxusu
2 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
3 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
4 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”
5 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info