Etnoqraf-alimin monoqrafiyaları işıq üzü görüb
Tarix: 08.12.2016 | Saat: 18:36:00 | E-mail | Çapa göndər


AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, etnoqraf-alim Hacı Qadir Qədirzadənin ““Kitabi–Dədə Qorqud” və Naxçıvan: qarşılaşdırmalı etnoqrafik motivlər” və “Dünya və insan: başlanğıcın sonu, sonun başlanğıcı” adlı monoqrafiyaları işıq üzü görüb.
AMEA Naxçıvan Bölməsinin informasiya şöbəsindən AZƏRTAC-a bildirilib ki, ““Kitabi–Dədə Qorqud” və Naxçıvan: qarşılaşdırmalı etnoqrafik motivlər” adlı monoqrafiyada “Kitabi–Dədə Qorqud” boylarında adətlər, inamlar, ailə məişət münasibətləri təsvir edilib. Onların Naxçıvan paralelləri, “Bilqamıs” dastanı, həmçinin digər türk xalqları ilə ortaq cəhətləri əks olunub. Tədqiqatlarda daha çox ayrı-ayrı boylar üzrə qarşılaşdırmalara, tarixi proseslərə, bir sıra adət və inamların genezisinə, müasir məişət münasibətlərində onların yerinə üstünlük verilməsinə çalışılıb.
Qeyd edək ki, yeni nəşrdə daha çox dastana və toplanılmış etnoqrafik materiallara istinad edilir.
“Dünya və insan: başlanğıcın sonu, sonun başlanğıcı” adlı monoqrafiyada isə dünya-insan münasibətləri, həmçinin mənəvi mədəniyyətimizin ən ciddi məqamlarından sayılan insanın daxili ailəmi, həyat və ölüm, bunların vəhdəti, kamillik həddinə yüksəlmə yolları araşdırılıb. 2006-cı ildən qələmə alınan tədqiqat əsərində Nizami Gəncəvinin, İmadəddin Nəsiminin, Məhəmməd Füzulinin və digər dahilərin əsərlərindən parçalar verilib, onların baxışlarında məsələyə münasibət göstərilib.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
“Bakcell” və “Hesab.az” avtomatik ödəniş funksiyasını təqdim edib
18.01.2019
“ASAN xidmət” müvafiq dövlət xidmətlərinin alternativsiz formada həyata keçirildiyi vahid məkana çevrilir
18.01.2019
20 yanvar günü bu küçələrdə hərəkət tam məhdudlaşdırılacaq
18.01.2019
Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi
18.01.2019
İsveçrədə 20 Yanvar faciəsinə həsr olunmuş poçt markası buraxılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info