“Ölkəyə investisiya qoymaq istəyənlərin sayı gündən-günə artır”
Tarix: 08.12.2016 | Saat: 18:57:00 | E-mail | Çapa göndər


“Azərbaycan iqtisadiyyatının qeyri-neft sektoruna çox böyük maraq var. İslam İnkişaf Bankı və Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası Azərbaycanda bir sıra yeni layihələrdə iştirak edir, maliyyə dəstəyi göstərir. İnvestorların Azərbaycana marağı çoxdur. Ümid edirik ki, bu mövzuda keçirilən tədbirlər nəticəsində Azərbaycana maraq daha da artacaq, xarici investorlar Azərbaycana sərmayə qoymaqda daha da maraqlı olacaqlar”. Bunu iqtisadiyyat naziri Şahin Mustafayev jurnalistlərə açıqlamasında bildirib. Nazir qeyd edib ki, bu gün Bakıda keçirilən Beynəlxalq investisiya konfransında təkcə İslam ölkələrindən deyil, eyni zamanda, İtaliya və Almaniyadan qatılan investorlar da iştirak edir. Bu, onu göstərir ki, Azərbaycana maraq böyükdür, ölkəyə investisiya qoymaq istəyənlərin sayı gündən-günə artır. “Hesab edirik ki, sahibkarlar öz layihələrinə tərəfdaş qismində xarici investorları cəlb etməlidirlər. Yerli sahibkarların qarşılaşdığı problemlərdən biri maliyyə çatışmazlığıdır. Bu baxımdan xarici tərəfdaşlar vasitəsilə uğurlu layihələrin həyata keçirilməsi ölkəmiz üçün xüsusi əhəmiyyət kəsb edir”, - deyə nazir diqqətə çatdırıb.
Anar




 
Bölməyə aid digər xəbərlər
24.08.2019
Azərbaycanda metanol istehsalının həcmi nə qədərdir?
24.08.2019
Azərbaycan MDB ölkələri arasında ən çox Rusiyaya məhsul ixrac edib
24.08.2019
Rusiya şirkəti Azərbaycana dondurma ixrac etməyi planlaşdırır
24.08.2019
Yeddi ayda işsizlikdən sığorta ödənişinin orta məbləği 229,1 manat olub
24.08.2019
Astara-Astara dəmiryol terminalında tikinti işləri bərpa edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10870

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info