DMX ilə Beynəlxalq Miqrasiya Təşkilatı arasında saziş imzalanıb
Tarix: 08.12.2016 | Saat: 19:30:00 | E-mail | Çapa göndər


Cenevrədə “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Beynəlxalq Miqrasiya Təşkilatı arasında Azərbaycandan Miqrantların Könüllü Qayıdışına Yardım Üzrə Pilot Layihənin həyata keçirilməsinə dair əməkdaşlıq Sazişi” imzalanıb.
 
Dövlət Miqrasiya Xidmətindən (DMX) verilən məlumata görə, sazişi Azərbaycan tərəfindən Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) Şurasının 107-ci sessiyasında iştirak etmək məqsədilə İsveçrədə səfərdə olan Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev və BMqT-nin baş direktoru Uilyam Leysi Svinq imzalayıblar.
 
Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Vaqif Sadıqov imzalanma mərasimində iştirak edib.
 
Mərasimdə ölkəmizə ötənilki səfərini və Azərbaycan nümayəndə heyəti ilə beynəlxalq tədbirlər çərçivəsində işgüzar görüşlərini məmnunluqla xatırlayan U. Svinq prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda yaradılmış sabitliyi və mütərəqqi miqrasiya idarəçiliyi modelini, eləcə də ölkədə multikultural dəyərlərə verilən önəmi bir daha vurğulayıb.
 
F. Nəbiyev isə ölkəmizin bir sıra beynəlxalq konvensiyalara qoşulduğunu, o cümlədən Azərbaycan prezidentinin təşəbbüsü ilə miqrasiya sahəsində qəbul olunan qanunların və hüquqi-normativ aktların ölkəmizdə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqlarının tam təmin edilməsinə geniş imkanlar açdığını xüsusi qeyd edib. Xidmət rəisi rəhbərlik etdiyi dövlət orqanı ilə Beynəlxalq Miqrasiya Təşkilatı və qurumun Azərbaycan nümayəndəliyi arasında yaradılmış yüksək səviyyəli əməkdaşlığın inkişaf perspektivlərinə toxunub. Könüllü qayıdışa yardım çərçivəsində imzalanan saziş də qarşılıqlı inam və etimadın nümunəsi kimi səciyyələndirilib.
 
Bildirilib ki, bu sazişə əsasən icrasına başlanılacaq pilot layihənin əsas məqsədi könüllü olaraq öz ölkələrinə dönmək arzusunda olan, sığınacaqla təmin olunmaq istəyinə rədd cavabı almış şəxslərin və həssas miqrantların mənşə ölkələrinə uğurla qayıtmaları üçün əlverişli şərait yaradılmasından ibarətdir. 12 ay müddətinə davam edəcək layihə çərçivəsində maarifləndirmə, həmçinin yuxarıda qeyd olunan şəxslərə ölkəni tərk etməzdən əvvəl və tərk edərkən yardımın göstərilməsi kimi zəruri  tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulur.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.08.2019
Azərbaycanda metanol istehsalının həcmi nə qədərdir?
24.08.2019
Azərbaycan MDB ölkələri arasında ən çox Rusiyaya məhsul ixrac edib
24.08.2019
Rusiya şirkəti Azərbaycana dondurma ixrac etməyi planlaşdırır
24.08.2019
Yeddi ayda işsizlikdən sığorta ödənişinin orta məbləği 229,1 manat olub
24.08.2019
Astara-Astara dəmiryol terminalında tikinti işləri bərpa edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10870

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info