Prezident Bakı, Gəncə və Sumqayıt şəhərlərində çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən Bakı, Gəncə və Sumqayıt şəhərlərində çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədi ilə Prezidentin ehtiyat fondundan ilkin olaraq 7 milyon manat, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinə 5 milyon manat, Gəncə və Sumqayıt Şəhər İcra hakimiyyətlərinin hər birinə 1 milyon manat ayrılıb.
|