Sən həmişə bizimləsən...
Tarix: 08.12.2016 | Saat: 19:36:00 | E-mail | Çapa göndər


Azərbaycan xalqının ümummilli lideri, dünya şöhrətli siyasətçi Heydər Əliyevin xatirəsi Naxçıvan Dövlət Universtetində ulu öndərə həsr olunmuş “Sən həmişə bizimləsən!” adlı ədəbi-bədii kompozisiya ilə yad olunub. İncəsənət fakültəsinin təşkilatçılığı ilə hazırlanan tədbirdə əvvəlcə dahi şəxsiyyətin xatirəsi bir dəqiqəlik sükutla ehtiramla anılıb, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ədəbi-bədi kompozisiya dünya siyasət tarixində əvəszir yeri olan, müstəqil Azərbaycanın qurucusu və memarı, xalqının xilaskarı, millilik, vətənpərvərlik ideologiyasının rəmzi, milli gəncliyin himayədarı Heydər Əliyevin nəsillərə örnək olacaq şərəfli ömür yolundan, Azərbaycanın inkişafına xidmət edən düşünülmüş siyasi fəaliyyətindən bəhs edən ssenari əsasında, universitetin Teatr və mədəniyyətşünaslıq kafedrasının müdiri, Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisi, filologiya üzrə fəlsəfə doktoru Gülxarə Əhmədovanın rejissorluğu ilə hazırlanıb. Ədəbi-bədi kompozisiya universitetin müəllimi, Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi Şəmsəddin Qasımovun şair-dramaturq Həmid Arzulunun sözlərinə bəstələdiyi “Sən həmişə bizimləsən!” mahnısının ifası ilə başlayıb. Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti, dosent Validə Hüseynovanın xormeysterliyi ilə tədbirdə müxtəlif mahnılar səslənib. Solo oxuma ixtisasının IV kurs tələbəsi Rahim Əsgərovun ifasında Ramiz Mirişlinin “Azərbaycan”, Solo oxuma ixtisasının II kurs tələbəsi İlkin Abdullayevin ifasında Kəmaləddin Heydərovun “Xalq Heydər söyləcək!”, ulu öndərin çox sevdiyi “Küçələrə su səpmişəm” xalq mahnısı və digər mahnılar ifa olunub. Aktyorluq ixtisası tələbələrinin ifasında ulu öndərə, onun mübarizələrlə dolu şərəfli həyat yoluna, Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərinə həsr olunmuş, Vətəni tərənnüm edən şeirlər qiraət ediblər.

Mehriban Sultan NDU-nun Mətbuat şöbəsinin müdiri




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“Bakcell”in baş icraçı direktoru Londonda rəqəmsal transformasiya haqqında danışıb
14.11.2018
“Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər”
14.11.2018
Slovakiyalı qonaqlar Qobustan qoruğundan xoş təəssüratla ayrılıblar
14.11.2018
Monitorinq Mərkəzi ədəbi dildə norma pozuntularının aradan qaldırılması yollarını müəyyənləşdirəcək
14.11.2018
2018-ci ilin oktyabr ayı ərzində Dövlət Miqrasiya Xidmətinə 47 min 985 müraciət qeydə alınıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10470

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info