Azərbaycan tarixinin bütöv bir qərinəsi  Ulu Öndərin adı ilə bağlıdır
Tarix: 08.12.2016 | Saat: 20:08:00 | E-mail | Çapa göndər


Dekabrın 8-də Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının on üçüncü ildönümü ilə əlaqədar tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə rayon rəhbərliyi və rəsmi qonaqlar xalqımızın ümummilli lideri Heydər Əliyevin icra hakimiyyətinin foyesində qoyulmuş büstü önünə tər gül dəstələri düzüb, Ulu Öndərin əziz və parlaq xatirəsini ehtiramla yad ediblər.
Rayon rəhbərliyinin, Milli Məclisin deputatlarının, idarə və təşkilatların rəhbərlərinin, ictimaiyyət nümayəndələrinin qatıldığı tədbirdə çıxış edən “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, deputat Hikmət Məmmədov müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xilaskarlıq missiyasından, Vətəni və xalqı qarşısındakı misilsiz xidmətlərindən, Azərbaycana rəhbərlik etdiyi müxtəlif dövrlərdə verdiyi taleyüklü qərarlardan və atdığı tarixi addımlardan danışıb.
H.Məmmədov dünya şöhrətli lider Heydər Əliyevin hələ sağlığında canlı əfsanəyə çevrildiyini, Azərbaycanın ən yeni tarixinin bütöv bir qərinəsinin dahi şəxsiyyətin adı ilə bağlı olduğunu diqqətə çatdırıb. Azərbaycanın ən yeni tarixinin, ölkəmizin həyatının bütün sahələrində əldə edilmiş möhtəşəm nailiyyətlərin ulu öndər Heydər Əliyevin müdrik dövlətçilik siyasətinin məntiqi nəticəsi kimi dəyərləndirib.
Milli Məclisin deputatı Ümummilli Liderin ən layiqli davamçısı Prezident İlham Əliyevin yürütdüyü qətiyyətli siyasət sayəsində Azərbaycanın dövlətçiliyinin daha da gücləndiyini, ölkə həyatının bütün sahələrində inanılmaz bir tərəqqiyə nail olunduğunu qeyd edib.
Qeyd edilib ki, ulu öndər Heydər Əliyevin Fəxri xiyabandakı məzarı ötən illər ərzində qədirbilən xalqımızın müqəddəs ziyarətgahına, gənclərin and yerinə çevrilib.
Sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzini və burada fəaliyyət göstərən Heydər Əliyev Muzeyini ziyarət edib, dahi rəhbərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar, Ulu Öndərin siyasi irsini təbliğ edən əyani vəsaitlərlə tanış olublar.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
22.07.2019
Masallının “Yeni həyat“ qəzetinin redaksiyasında Milli Mətbuat Günü qeyd edilib
22.07.2019
Milli Mətbuat Günü münasibətilə keçirilmiş müsabiqənin nəticələri təsdiq edilib
22.07.2019
Əlilliyi olan bir qrup şəxs “Duzdağ” fizioterapiya mərkəzinə yola salınıb
22.07.2019
Azərbaycan mətbuatının nümayəndələri Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
21.07.2019
Sabah bəzi yerlərdə havanın temperaturu 41 dərəcəyə yüksələcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info