Qaxda yerli cins ipəkqurdu toxumları yetişdiriləcək
Tarix: 08.12.2016 | Saat: 20:29:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyevin regionların mövcud iqtisadi potensialından daha səmərəli istifadə olunması, kənd təsərrüfatının ənənəvi sahələrinin, o cümlədən baramaçılığın inkişaf etdirilməsi ilə bağlı verdiyi tapşırıqlara uyğun olaraq, respublikamızda ipəkçiliyin müasir infrastrukturunun yaradılması istiqamətində zəruri tədbirlər həyata keçirilir.
Baramaçılığın yem bazasının təmin edilməsi üçün intensiv tipli yeni tut (çəkil) bağlarının salınması məqsədi ilə bu günlərdə Çin Xalq Respublikasından ölkəmizə gətirilən tut tinglərinin 20 min ədədinin Qax Damazlıq İpəkçilik Stansiyasının ərazisində əkilməsi nəzərdə tutulub. Bu məqsədlə ərazidə 2 hektar torpaq sahəsi ayrılıb, sahə əkin üçün hazır vəziyyətə gətirilib.
Rayonda təşkil olunan iməcilik zamanı tinglərin böyük hissəsi əkilib. İməcilikdə rayon Kənd Təsərrüfatı İdarəsinin mütəxəssisləri, yaxınlıqda yerləşən kəndlərin sakinləri, həmçinin stansiyanın işçiləri iştirak ediblər. Tinglər Çin texnologiyası əsasında, cərgələr arası məsafə 2 metr və tinglər arası 50 santimetr olmaqla, əvvəlcədən qazılan, eni və dərinliyi 50-60 santimetr olan çalalara basdırılıb.
Qeyd edək ki, uzun illər fasilədən sonra 2016-cı ildə Qax Damazlıq İpəkçilik Stansiyasında yenidən ipək qurdunun yetişdirilməsinə başlanılıb. Bu il Kənd Təsərrüfatı Nazirliyi tərəfindən İran İslam Respublikasından 750 və Çin Xalq Respublikasından 1000 qutu barama toxumu tədarük edilərək ölkəmizə gətirilib və apreldə stansiyada inkubasiyaya qoyulub. İnkubasiya müddəti başa çatdıqdan sonra alınan ipək qurdları bəslənilmək üçün bölgü əsasında respublikamızın baramaçılıqla məşğul olan rayonlarının kümçülərinə pulsuz olaraq paylanılıb.
Stansiyanın direktoru Əkrəm Fətəliyevin bildirdiyinə görə, 2018-ci ildən başlayaraq müəssisənin özündə yerli cinsdən olan barama toxumunun yetişdirilməsinə başlanılacaq və xaricdən toxum gətirilməsinə ehtiyac qalmayacaq. Stansiya baramaçılıqla məşğul olan rayonların ipək qurduna olan tələbatını tam şəkildə təmin edəcək.

Nigar




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
21.09.2018
Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib
21.09.2018
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib
21.09.2018
Sumqayıtın ən innovativ startap layihələri bəlli oldu
21.09.2018
Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info