Həbs edilən “reket jurnalist”lərə Mətbuat Şurası bir neçə dəfə xəbərdarlıq edibmiş
Tarix: 08.12.2016 | Saat: 20:37:00 | E-mail | Çapa göndər


Bəzi mətbu orqanlar var ki, insanlar haqqında həqiqətə uyğun olmayan məlumatlar verir, onların şərəf və ləyaqətini alçaldırlar. Bu mətbu orqanların fəaliyyəti artıq jurnalistika müstəvisindən çıxdığı üçün cinayət müstəvisində araşdırılmalı, hər hansı bir tədbir görülməli idi. Belə də oldu. Artıq bəzi şəxslər saxlanıldı və onların “reket jurnalistikası” ilə məşğul olması səbəbindən həbs edilməsi cəmiyyətdə müsbət qarşılandı. Əslində cinayət məsuliyyətinə cəlb edilən bu adamlara ona görə bəzi şəxslər deyirik ki, onların fəaliyyəti jurnalist adına ləkədir. Bu adamlara həbs edilən jurnalistlər demək olmaz. Barələrində cinayət işi qaldırılan həmin şəxslər haqqında zaman-zaman elə mətbuatın özündə yazılar getmiş, onlara Mətbuat Şurası tərəfindən də bir neçə dəfə xəbərdarlıqlar edilmişdi. Bəzi səlahiyyətlərindən sui-istifadə edən məmurların həbsindən sonra bu dırnaqarası jurnalistlərin də həbs olunacağı gözlənilirdi. Çünki onların qara işləri məhz belə məmurlara bağlı idi, bu reketlər həmin üzdəniraq məmurlara arxalanıb insanlara hədə-qorxu gəlirdilər, yalan dolu yazılar yazıb şantajla məşğul idilər. Onu da bildirək ki, indi həbs olunanların adı hələ 2010-cu ilin əvvəlindən Mətbuat Şurasının “qara siyahı”sında idi.
Mətbuat Şurası adlarını “qara siyahı”ya saldığı bu şəxslər və mətbuat orqanları ilə bağlı müəyyən prosedurlar həyata keçiribmiş. Bununla bağlı açıqlama verən Mətbuat Şurasının üzvü Müşfiq Ələsgərli deyib ki, bu şəxslərə reketçilik fəaliyyətləri ilə bağlı dəfələrlə xəbərdarlıqlar olunub, tövsiyələr verilib: “Dəfələrlə bildirilib ki, qeyri-qanuni yollardan çəkinsinlər. Təəssüf ki, bütün bunların bir nəticəsi olmurdu. Bu üzdən də onların adı “qara siyahı”ya salındı. Mətbuat Şurası tərəfindən aparılan mübarizə bəzi qurumlar tərəfindən tənqidi qarşılandı, çox hallarda da qarşısı alınırdı. Həmin dövrdə şikayət edən tərəf bu mətbu qurumların Mətbuat Şurasının qərarlarına əməl etmədiyini gördükdə hüquq-mühafizə orqanlarına, məhkəmələrə müraciət edirdilər. Təəssüf ki, MTN-nin bədnam qruplaşması tərəfindən məhkəmələrə, şikayətçilərə təzyiqlər göstərilidi. Təbii ki, bu məsələnin axırı belə həbslə də bitməli idi”.
O da məlumdur ki, bu kimi mətbuat adına ləkə olan jurnalistlərin arxasında keçmiş MTN generalları dayanırdı. Hansılar ki, indi onların məhkəmələri davam edir. Ümumiyyətlə dünyada jurnalistlərin hansısa dövlət qurumlarını, məmurları, iş adamları elə sıravi vətəndaşları da hədələyib qorxutması, şantaj etməsi mənfi qarşılanır. Azərbaycanda isə belə jurnalistlər daim cəzalarını alıblar, qanunla müəyyən edilmiş qaydada cinayət məsuliyyətinə cəlb ediliblər. Bu gün də belə “reket jurnalistlərin” əməllərinə görə qanun qarşısında cavab vermələri mətbuatda müsbət qarşılanır. Bu adamlardan həm cəmiyyət narazı idi, həm də mətbuat nümayəndələri. Çünki fəaliyyətləri ilə jurnalistikaya ləkə gətirən bu şəxslərin əməllərində aşkar cinayət predmetləri var idi. Heç bir özünə hörmət edən jurnalist nəinki pul müqabilində qondarma, şantaj yazıları yazmaz, heç mafiya qanunları ilə hərəkət edib hədələrlə qapı-qapı düşüb pul yığmazdı! Amma bu şəxslər özləri üçün bir neçə il belə fəaliyyət seçiblər və sonluqda bəllidir... Bundan sonra da reketlik yolu ilə varlanmaq, özbaşınalıq, öz işindən istifadə edib hədə qorxu ilə pul qazanmaq istəyi sonda belə jurnalistlər üçün dəmir barmaqlıqlar arasında qalmaqla nəticələnəcək. Müşviq Ələsgərli onu da bildirib ki, belə hallar olduqca həmin jurnalistləri də eyni aqibət gözləyəcək: “Ehtimal etmək olar ki, həbslər davam edəcək. Çünki onların içərisində ciddi qanun pozuntusuna yol vermiş böyük bir şəbəkə var. Təbii ki, bunların sifarişçiləri mövcuddur və onlarla da bağlı ciddi bir ölçü götürüləcək. Bu məsələdə narahatedici bir məqam var ki, həbs edilənləri jurnalist kimi təqdim edirlər. Əslində, onların fəaliyyətinin jurnalistikaya aidiyyəti yoxdur. Onlar bir qrup cinayətkardırlar və sadəcə, medianın adından istifadə edirlər. Yaxşı ki, Dövlət Təhlükəsizlik Xidməti bu adamlar haqqında ölçü götürdülər”.
Bir daha qeyd edək ki, cəmiyyətdə mənfi qarşılanan belə fəaliyyətlərlə bağlı gələcəkdə də ciddi ölçü götürüləcək, jurnalistikadan istifadə edib əyri yollara əl atanların hamısını indi cinayət məsuliyyətinə cəlb edilənlərin taleyi gözləyir.  Qeyri Hökumət Təşkilatlarında da reketçiliklə məşğul olanlar var idi və dövlət onlarla bağlı lazımi addımlar atdı, bu gün jurnalistika sahəsində də reketlərə qarşı ciddi surətdə mübarizə aparmaq lazımdır. Xərçəng epidemiya kimi yayılan “reket jurnalistlərə” qarşı mübarizə bundan sonra da aparılmalıdır. Hüquq -mühafizə orqanlarının bu istiqamətdə gördüyü işlər isə təqdir olunmalı və alqışlanmalıdır. Medianın saflaşdırılması isə dövrün tələbidir!

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
“Bakcell“dən maraqlı aksiya və onlayn müsabiqə: DaimOnline
25.09.2018
AQTA-nın vətəndaşlara müraciəti
25.09.2018
Mübariz Qurbanlı Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib
25.09.2018
AZAL yeni tipli təyyarələr üçün trenajorlar alacaq
25.09.2018
Xüsusi təyinatlılar üçün yeni snayper istehsalına başlanılıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
3 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info