Samur-Yalama sərhəd-keçid məntəqəsindən yüklərin daşınması ilə bağlı Azərbaycanın təklifi müzakirə olunub
Tarix: 08.12.2016 | Saat: 21:30:00 | E-mail | Çapa göndər


Samur-Yalama sərhəd-keçid məntəqəsindən yüklərin aşağı tariflərlə daşınması ilə bağlı Azərbaycanın təklifi müzakirə olunub.
“Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, müzakirələr dekabrın 8-də Rusiya Federasiyasının paytaxtı Moskvada “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovla “Rusiya Dəmir Yolları” ASC-nin prezidenti Oleq Belozyorovun görüşü zamanı aparılıb.
Görüşdə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində Azərbaycan tərəfindən görülən işlər, İran İslam Respublikası ərazisində Astara-Rəşt xəttinin tikintisi layıhəsi, bu dəhlizə gələcəkdə əlavə yüklərin cəlb edilməsi, Samur-Yalama sərhəd-keçid məntəqəsindən yüklərin aşağı tariflərlə daşınması barədə Azərbaycan tərəfinin təklifi, Azərbaycan və Rusiya Dəmir Yolları arasında beynəlxalq yük və sərnişin daşımaları üzrə qarşılıqlı hesablaşmaların hazırkı vəziyyəti və tənzimlənməsi müzakirə olunub.
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov bildirib ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin ölkəmizin ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi zamanın tələbidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2015-ci il dekabrın 7-də imzaladığı “Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında” Sərəncamından sonra işlər daha da sürətləndirilib. “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi fəaliyyətə başlaması ölkələrimiz arasında hərtərəfli əlaqələrinin genişləndirilməsinə səbəb olacaq. Astara stansiyasından İran İslam Respublikası dövlət sərhədinə qədər birxətli 8,3 kilometr dəmir yolunun çəkilişi artıq başa çatıb, Astara çayı üzərindəki körpüyə kimi sınaq reysi edilib. Körpüdə də son tamamlama işləri görülür.
“Rusiya Dəmir Yolları” ASC-nin prezidenti Oleq Belozyorov “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində Azərbaycan tərəfinin gördüyü işləri yüksək qiymətləndirib və bu marşruta yük axınının cəlb edilməsi üçün bütün imkanları səfərbər etməyin vacib olduğunu bildirib.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
24.04.2019
Baş Dövlət Yol Polisi İdarəsi vəBakı Beynəlxalq Avtovağzal Kompleksi birgə maarifləndirici tədbir keçirib
23.04.2019
Sumqayıtda yeni yaşayış məskənləri telefonlaşdırılacaq
23.04.2019
Masallı rayonundakı N.Gəncəvi adına 1 nömrəli tam orta məktəbində maraqlı tədbir
23.04.2019
“Qala Sığorta” və “Qala Həyat” tələbələrin sosial layihəsinə dəstək olub
23.04.2019
Prezident Mərdəkan-Qala avtomobil yolunun açılışında iştirak edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10758

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Ermənistanda daha 400-ə yaxın məmur işdən qovulacaq
4 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info