Skaparotti Türkiyənin zabitlərini geri çağırmasından narahatdır
Tarix: 09.12.2016 | Saat: 00:32:00 | E-mail | Çapa göndər


“Türkiyədəki hərbi çevriliş cəhdindən sonra rəsmi Ankara qurumdakı zabitlərinin yarısını geri çağırıb”.
“Kommersant”ın yaydığı məlumata görə, bunu NATO-nun Avropadakı birləşmiş hərbi qüvvələrinin baş komandanı, general Körtis Skaparotti deyib. Amerikalı general bildirib ki, birləşmiş hərbi qüvvələrdə yüksək vəzifələrdə çalışan 300 türkiyəli zabitdən 150-si geri çağırılıb və onların yarısı başqa zabitlərlə əvəzlənib. Geri çağırılanların bəziləri Türkiyəyə qayıtmaqdan imtina edib və Belçika, Almaniya, ABŞ və digər ölkələrdən sığınacaq istəyib. “Bunlar həmin zabitlərdir ki, karyera qurublar və mühüm iş təcrübəsinə malikdirlər", - deyə K. Skaparotti söyləyib. Generalın sözlərinə görə, narahatedici yeganə məqam zabitlərin sayının azalması və təcrübənin itirilməsidir. O, Türkiyə hakimiyyətinin geri çağırılan zabitlərlə qanunauyğun qaydada rəftar edəcəyinə ümidvar olduğunu da vurğulayıb.




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Tümen aeroportlarına iki azərbaycanlının adları verilə bilər
12.11.2018
Viqen Sarkisyan: “Ermənistanın KTMT rəhbərliyindən uzaqlaşdırılması yeni hökumətin uğursuzluğudur”
12.11.2018
Avropa Şurasında yerli idarəetmələr müzakirə olunub
12.11.2018
Yağışlar İranın Əhvaz şəhərində fəsadlar törədib
09.11.2018
“ArmenianReport”: “Rus dili bizə lazım deyil”

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info