Buşun siyasi komandasından Trampa dəstək
Tarix: 09.12.2016 | Saat: 00:36:00 | E-mail | Çapa göndər


“İzvestiya”: “Yeni seçilən prezident Trampın müşavirləri ilə sabiq prezident Buşun nümayəndələri arasında məsləhətləşmələr
keçirilir”


Amerika elitasının tanınmış nümayəndələri ABŞ-ın 45-ci prezidentinin siyasi kursuna qarşı münasibətini dəyişməyə başlayıblar. Donald Trampın Rusiya ilə bağlı mövqeyi artıq Amerika elitasının nüfuzlu mühafizəkar qanadı tərəfindən dəstəklənir.
Sabiq prezident Buşun siyasi komandasına daxil olan nüfuzlu siyasətçilər Trampın xarici siyasət proqramı üzrə fikirlərini dəyişməyə başlayıblar. Bu barədə ABŞ Respublikaçılar partiyasındakı qaynaqlardan məlumat verilib. “İzvestiya” nəşri yazır ki, Buşun komandasına daxil olan siyasətçilər yeni seçilmiş prezident Trampın Moskva ilə əlaqələrin inkişaf etdirilməsi ilə bağlı mövqeyinə dəstək verirlər. ABŞ tarixində nüfuzlu şəxslərdən biri və vaxtilə vitse-prezident kimi yadda qalan Dik Çeyni bu yaxınlarda öz həmfikirləri ilə qapalı görüş zamanı deyib ki, “Rusiya səmərəli şəxslər tərəfindən idarə edilir. Buna görə də onlarla iş qurmaq olar”. “İzvestiya” yazır ki, yeni seçilən prezident Trampın müşavirləri ilə sabiq prezident Buşun nümayəndələri arasında artıq bir neçə həftədir ki, məsləhətləşmələr keçirilir. “Onların dünya problemləri ilə bağlı ümumi baxışları bir çox sahələrdə birləşir. Bu isə daha çox Vaşinqton və Moskva arasındakı münasibətlərə aiddir” - deyə Respublikaçılar partiyasının nümayəndələrindən biri bildirib. ABŞ-ın keçmiş vitse-prezidenti Dik Çeyni Ronald Reyqan İnstitutunda keçirilən görüş zamanı Moskva ilə əməkdaşlıq və qarşılıqlı münasibətlərin inkişafının mümkünlüyünü etiraf edib. Çeyni, həmçinin, Trampa dəstək verməyə hazır olduğunu da dilə gətirib: “Əlbəttə ki, ABŞ-ın yeni prezidenti məsləhət üçün müraciət edərsə, ona gömək etməyə hazıram. Mən, hətta, Obamaya da məsləhət verməyə hazır idim, lakin, təəssüf ki, o, bu barədə mənə müraciət etməyib”. Qeyd edək ki, Mərkəzi Kəşfiyyat İdarəsinin sabiq direktoru Leon Panetta Ceyni ilə həmfikir olduğunu dilə gətirərək, Vladimir Putinlə razılaşmaya gəlməyin mümkünlüyünü bildirib: “Rusiya ilə münasibətlərin qurulması dünyanın təhlükəsizliyi üçün əsasdır. Bu gün ABŞ-ın uğursuz siyasətinin günahkarları isə konqresmenlər də daxil olmaqla, ölkə prezidentidir”. Qeyd edək ki, Trampın müşaviri Karter Peyc danışıqlar üçün Moskvaya gedib. O, Rusiyanın nüfuzlu şəxsləri və iş adamları ilə fikir mübadiləsi aparacaq. 13 dekabra qədər Moskvada qalacaq Peyc dəfələrlə bildirib ki, Tramp administrasiyasına Rusiya-Amerika münasibətlərinin potensialına inanan şəxslər lazımdır.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
İspaniyada intensiv yağıntılar nəticəsində ölən və itkin düşənlər var
20.11.2018
Qətərdə regionun ultramüasir klinikası açılıb
19.11.2018
Putin:“Türk axını” tamamlandıqdan sonra Rusiya-Türkiyə enerji əməkdaşlığı daha da güclənəcək”
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info