Strateji yol xəritəsi iqtisadi inkişafın yeni konturlarını müəyyənləşdirir
Tarix: 09.12.2016 | Saat: 00:52:00 | E-mail | Çapa göndər


“Prezidentin imzaladığı "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında" Fərmanı iqtisadiyyatın inkişafı ilə bağlı yeni strateji yanaşmanı ortaya qoyur.
İqtisadiyyatın diversifikasiyası istiqamətində həyata keçirilən islahatlar, eyni zamanda yeni strateji hədəflərə uyğun olaraq strateji yol xəritəsi iqtisadiyyatın şaxələnməsinə və neftdən asılılığın aradan qaldırılmasına imkan yaradacaq”. Bunu AZƏRTAC-a İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin yaradılmasına münasibət bildirərək deyib. Strateji yol xəritəsi milli iqtisadi perspektivi və fərqli iqtisadi sektorlara dair yol xəritəsini özündə birləşdirən sənəd olmaqla, hər bir aparıcı sektor üzrə strategiyanın müəyyənləşdirilməsinə imkan yaradır. Nəzərə almaq lazımdır ki, strateji yol xəritələrinin əvvəllər qəbul edilən dövlət proqramlarından əsas fərqi ondan ibarətdir ki, bu xəritələrdə fəaliyyətlər qruplaşdırılaraq hər bir fəaliyyətin nəticələrini ölçmək üçün konkret indikatorlar müəyyənləşdirilib. Belə indikatorların müəyyənləşdirilməsi bir tərəfdən bu sahədəkı proqramların icrasında səmərəliliyin müəyyən edilməsinə imkan verəcək, digər tərəfdən isə dövlət qurumlarının hesabatlılığını artıracaq. Eyni zamanda fəaliyyətlərin illər üzrə qruplaşdırılması, məsul dövlət qurumlarının və eləcə də hər bir fəaliyyət üçün tələb edilən maliyyə vəsaitinin həcminin də ayrıca qeyd edilməsi, həm strateji xəritələrin müasir standartlara uyğun olaraq hazırlanmasına, həm də onların səmərəli şəkildə icra edilməsinə imkan yaradacaq. Dövlət başçısının tapşırığı ilə strateji xəritələrin hazırlanmasına yalnız xarici mütəxəssislər deyil, eyni zamanda, yerli ekspertlər də cəlb edilib ki, bu sənədlərin Azərbaycan iqtisadiyyatının real xüsusiyyətlərinə uyğun olaraq hazırlanmasına şərait yaradıb. Bu baxımdan, mən də yerli ekspert olaraq sənədlərin hazırlanmasına töhfə vermək imkanı əldə etmişdim. Birmənalı şəkildə deyə bilərəm ki, sənədlərdəki hər bir fəaliyyətin bütün keyfiyyət indikatorlarına əsasən hərtərəfli əsaslandırılması həyata keçirilib. Strateji sənədlərin təsdiqi Azərbaycanın iqtisadiyyatında yeni mərhələnin əsasını qoyur. Bu sənədlər məhz iqtisadi inkişafa nail olunması, iqtisadi çətinliklərin təsirlərinin minimumlaşdırılması ilə bağlı strateji yol formalaşdırır. Bu baxımdan, sənəd imkan verir ki, Azərbaycanda həyata keçiriləcək iqtisadi islahatları məhz bu strateji xəritəyə uyğun olaraq müddətli şəkildə reallaşdırmaq mümkün olsun. Nəzərə almaq lazımdır ki, islahatların həyata keçirilməsi və bütövlükdə, iqtisadi inkişaf ilə bağlı fəaliyyətlər 2020-ci ilədək ayrıca qruplaşdırılır. Bu isə o deməkdir ki, milli iqtisadiyyat perspektivi üzrə strateji yol xəritəsi qısa, orta və uzunmüddətli dövrləri əhatə etməklə, 2016-2020-ci illər üçün iqtisadi inkişaf strategiyası və tədbirlər planı, 2025-ci ilədək uzunmüddətli baxış və 2025-ci ildən sonrakı dövr üçün hədəf baxışından ibarətdir. Sənədin əhəmiyyətli tərəflərindən biri də ondan ibarətdir ki, müddətlər üzrə nəzərdə tutulan fəaliyyətlər arasında ardıcıllıq və davamlılıq vardır. 2020-ci ilədək həyata keçirilən islahatlar və fəaliyyətlər növbəti 5 ildə reallaşacaq tədbirlər üçün baza rolunu oynayacaq. Eyni zamanda post-2025 baxışı daha strateji olmaqla yanaşı, iqtisadi islahatların davamlılığını təmin etmək məqsədi daşıyır.




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
SOCAR-ın Ukraynadakı yanacaqdoldurma məntəqəsi MDB-də ən yaxşı YDM seçilib
26.09.2018
“Karyerada ilk addım”: 254 vakant iş yeri təqdim edilib
26.09.2018
“Gazprom Neft”in nümayəndələri SOCAR-ın təlim mərkəzləri ilə tanış olub
26.09.2018
Ölkəyə daxil olan nəqliyyat vasitələrinin ölkədəqalma müddətinin ləğvi nəzərdə tutulub
26.09.2018
Bu il Türkiyə Azərbaycandan 3,8 milyard kubmetrədək təbii qaz idxal edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
2 Yalnızlıq qorxusu
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info