“ABŞ-da musiqi sahəsində matəm marşı səslənir”
Tarix: 03.04.2013 | Saat: 23:55:00 | E-mail | Çapa göndər


San-Fransiskodakı orkestr tətil edir. Çikaqoda orkestrin pulu yoxdur. Konsertlərdən gələn gəlirlər xərci ödəmir. Bir sözlə, Amerika Birləşmiş Ştatlarının musiqi və mədəniyyəti böhran keçirir.
İtaliyanın “Lettera43” nəşri dünya iqtisadi böhranının ABŞ mədəniyyətinə təsiri və Amerikada böhran keçirən orkestrlərin vəziyyətini araşdıran maraqlı yazı dərc edib. Məqaləni ixtisarla təqdim edirik:
“Böhran hətta musiqini susmağa məcbur edir. Martın ortalarında məşhur San-Fransisko simfonik orkestrinin musiqiçilərinin turnesi gözlənilsə də, onlar tətil elan etdilər və öz alətlərini futlyara yatırdılar. Bununla da amerikalı musiqiçilər öz hüquqlarını müdafiə etməyə çalışırlar. Musiqiçilər Devis-hollun girişində əllərində plakatlar öz iddialarını irəli sürdülər. Onların iş müqaviləsi fevralın 15-də bitirdi və müqavilənin yenilənməsi haqqında danışıqlar dayandırılmışdı. Rəhbərlik orkestrə fasilə təklif etsə də, musiqiçilər bu təkliflə razılaşmayaraq, əmək haqqının ödənilməsi şərtlərinə yenidən baxılmasını tələb etdilər. “Biz hesab edirik ki, orkestrin maliyyə durumu çox yaxşıdır. Ancaq rəhbərlik digər sahələrdəki böhrandan istifadə edərək belə bir təklif irəli sürdü ki, musiqiçilər əməkhaqlarının və qonorarların azaldılması ilə bağlı amansız ixtisarla razılaşsınlar. Bu isə orkestri on il geri salır”, - deyə skripkaçı Deyv Qodri bildirib. Sosial-mədəni böhran. Beləliklə, Birləşmiş Ştatlarda musiqi sahəsində matəm marşı səslənir. Böhran bu sahəyə ağır zərbə vurur və San-Fransisko simfonik orkestri ilə bağlı bu hadisə növbəti oxşar hadisədir. Söhbət yalnız iqtisadi böhrandan deyil, eyni zamanda mədəni və sosial böhrandan da gedir.
İncəsənətə dəstək Milli Fondunun məlumatına əsasən, opera və balet teatrlarının tamaşaları, klassik və caz musiqi konsertləri bir neçə 10% azaldılıb. Mədəniyyət sahəsindəki bu böhran 2008-ci ildən başlayıb və musiqi sektoru çıxılmaz vəziyyətə düşüb.

2011-ci ildə Filadelfiya
orkestrinin müflisləşməsi


İqtisadi böhrana sənaye sahəsinin də qoşulduğu Detroytda 2010-cu ilin oktyabrında yerli simfonik orkestr bütün mövsüm çıxışlarını ləğv etdi. 2011-ci ildə isə Filadelfiya orkestri müflisləşdiyini elan etdi. Qeyd edək ki, həmin orkestrin əsası 1900-cü ildə qoyulub və dünyanın ən yaxşı simfonik orkestrlərindən biri idi. Leopold Stokovski, Yucin Ormandi, Rikkardo Muti və Volfanq Zavalliş kollektiv rəhbərləri olublar. Atlant, Minneapolis, İndianpolis, Sent-Pola və Ceksonvilla orkestrlərində də ixtisarlar və tətillər dalğası başlayıb. Sirakyus, Honolulu və Nyu-Meksika orkestrləri isə artıq mövcud deyil. Çikaqo orkestri də öz böhran dövrünü yaşayır. Orkestrin inzibati xərcləri ildə 53,4 milyon dollara qədər artıb. “İncəsənət və klassik musiqi üçün çətin dövr başlayıb”, - deyə Çikaqo simfonik orkestri Assosiasiyasının prezidenti Debora Ratter bildirib.
Lakin bəzi ziddiyyətli məqamlar da var. Belə ki, böhrana baxmayaraq, bəzi orkestrlərin administratorlarının maaşı 34% artıb. Belə ki son iki il ərzində San-Fransisko orkestrinin administratorlarının maaşı 34% artıb. Rikkardo Muti isə 2011-ci ildə Çikaqo orkestrində çıxışlar, yazılış və translyasiyaya görə 2,2 milyon dollar əməkhaqqı alıb. Onun sələfi Daniel Barenboy isə (2005-ci ilədək Çikaqo orkestrində drijorluq edib) ildə 1,9 milyon dollar alırdı. Okestr musiqiçiləri isə daha az qazanırlar. Çikaqo simfonik orkestrinin musiqiçilərinin baza əməkhaqqı dünya üzrə ən yüksək əmək haqlarından biridir və 144 min 040 dollar təşkil edir”.

Nuranə ABBASOVA




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Düşmənlər İranda vəziyyəti gərginləşdirə bilməyəcəklər
22.09.2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST festivalına qatılıb
22.09.2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb
22.09.2018
Tereza Mey: “Brexit” barədə danışıqlar düyünə düşüb
22.09.2018
İranda terror aktı nəticəsində 11 nəfər həlak olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10133

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info