Benzemadan 50-ci qol: Zidan Luis Enrikeyə yaxınlaşdı
Tarix: 09.12.2016 | Saat: 01:02:00 | E-mail | Çapa göndər


“Real”ın hücumçusu Kərim Benzema Çempionlar Liqasında (ÇL) qollarının sayını artırıb.
Fransalı forvard Dortmund “Borussiya”sı ilə (2:2) baş tutan qrup mərhələsinin son görüşündə dubl edərək mötəbər turnirdə 50-ci qolunu vurub. 88 matçda buna nail olan Benzema həmyerlisi Tyerri Anri, ukraynalı Andrey Şevçenko, isveçli Zlatan İbrahimoviç (hamısı 48 qol) və “Real”ın əfsanəsi Alfredo di Stefanonu (49 qol) geridə qoyub. Benzema bununla Çempionlar Liqasının ən məhsuldar 5-ci oyunçusu ünvanını ələ keçirib. O, yalnız Kriştianu Ronaldo (95 qol), Lionel Messi (93), Raul Qonzales (71) və Rud van Nistelroydan (56) geri qalır. Bu görüş, eyni zamanda “Real”ın baş məşqçisi Zinəddin Zidan üçün də əlamətdar olub. Zizu “kral klubu”nun keçmiş çalışdırıcısı Leo Benhakkerin rekordunu təkrarlayıb. Zidan da hollandiyalı kimi, “Real”ın “sükanı arxası”nda ardıcıl 34-cü oyunda məğlubiyyət üzü görməyib. 1989-cu ildə komandanın uğurlu seriyasına La Liqada “Selta” (0:2) son qoymuşdu. “Real” dekabrın 10-da ölkə çempionatı çərçivəsində “Deportivo” ilə görüşdə də yenilməsə, Zidan yeni rekorda imza atacaq. İspaniyada yenilməzlik rekordu isə “Barselona”nın hazırkı çalışdırıcısı Luis Enrikeyə məxsusdu. Kataloniyalılar 2015-16 mövsümündə onun rəhbərliyi altında ardıcıl 39 qarşılaşmanı məğlubiyyətsiz başa vurublar.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Messi UEFA Çempionlar Liqasında həftənin futbolçusu seçilib
21.09.2018
Makqreqor Nurmaqomedovu qorxaq adlandırıb
21.09.2018
Azərbaycanda həndbolun inkişafına kömək göstərməyə hazırıq
21.09.2018
UEFA Avropa Liqası: “Sportinq“ - “Qarabağ“ 2-0
20.09.2018
FİFA-nın növbəti reytinq cədvəli açıqlanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 “Mübariz İbrahimov təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info