Strateji yol xəritələri iqtisadiyyatın əsas prioritet istiqamətləri üzrə hədəfləri müəyyənləşdirib
Tarix: 09.12.2016 | Saat: 16:47:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev imzaladığı “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Fərmanı ilə təsdiq edilmiş strateji yol xəritələri məhz iqtisadiyyatın əsas prioritet istiqamətləri üzrə tədbirləri nəzərdə tutur və görüləcək işləri, hədəfləri müəyyənləşdirib.
AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov qeyd edib.
Nazir müavini bildirib ki, tədbirlər 3 mərhələdə həyata keçiriləcək: 2016-2020-ci illər üçün iqtisadi inkişaf strategiyası və tədbirlər planı, 2025-ci ilədək uzunmüddətli baxış və 2025-ci ildən sonrakı dövr üçün hədəf baxışı.
İlk mərhələdə qısa müddətdə ölkə iqtisadiyyatına xarici mənfi təsirlərin qarşısını almaq, iqtisadiyyatı mənfi şoklardan qorumaq nəzərdə tutulur. Eyni zamanda, ortamüddətli dövrdə inkişaf xəttinin bərpa edilməsi, iqtisadiyyatın şaxələndirilməsi, ölkə iqtisadiyyatının daha çox dünya iqtisadiyyatına inteqrasiyası yolu ilə rəqabətqabiliyyətliliyin artırılmasıdır.
İkinci mərhələdə ölkə iqtisadiyyatının əsasən yüksək gəlir yaradan, rəqabətqabiliyyətliliyin artırılması istiqamətində tədbirlər görüləcək. Üçüncü mərhələdə isə yüksək texnologiyaya əsaslanan inklüziv iqtisadiyyatın formalaşdırılması sahəsində tədbirlər həyata keçiriləcək ki, burada əsas məqsəd əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması və bunun əsas göstəricisi olan insan inkişafı indeksinin daha da yüksəldilməsidir.
“Sahibkarlığın inkişafı prioritet elan olunub. Bu istiqamətdə həyata keçirilən nəticələr sahibkarların güzəştli kreditlərə çıxış imkanlarının yaxşılaşdırılması, maarifləndirilməsi, xarici əlaqələrin qurulması, forumların keçirilməsi nəticəsində özəl sektorun payı ümumi daxili məhsulda 80 faizi, məşğulluqda 74 faizi ötüb. Özəl sektor strateji yol xəritəsində önəmli çəkiyə malik sahələrdən biridir”, - deyə nazir müavini diqqətə çatdırıb.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
23.03.2019
Naxçıvanlı məktəblilər “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Bakıya gəliblər
22.03.2019
İtaliyanın “Agenzia Nova” saytı Novruz bayramının adət-ənənələrindən yazır
20.03.2019
Bayramın ikinci günündə hava əsasən yağmursuz keçəcək
20.03.2019
Kiyevdə keçirilən Novruz şənliyində Azərbaycanın milli mətbəx nümunələri təqdim olunub
20.03.2019
Vaşinqtondakı Azərbaycan məktəbində Novruz bayramı qeyd olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Prezident və xanımı Bakıda Novruz şənliyində


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info