Ədliyyə sisteminin inkişafına həsr olunmuş layihənin təqdimatı olub
Tarix: 09.12.2016 | Saat: 17:01:00 | E-mail | Çapa göndər


Bu gün "Azərbaycanda ədliyyə sisteminin inkişafına və cinayət işləri üzrə məhkəmə qərarlarını icra edən qurumların göstərdiyi xidmətlərin təkmilləşdirilməsinə dəstək" layihəsinin rəsmi təqdimat mərasimi keçirilib.
 
 Avropa İttifaqı tərəfindən maliyyələşdirilən, Ədliyyə Nazirliyi, Məhkəmə-Hüquq Şurası və Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən həyata keçiriləcək və 2018-ci ilin sentyabrına qədər davam edəcək layihənin əsas məqsədi məhkəmə-hüquq islahatlarını və cinayətkarların idarə edilməsi sistemini daha da inkişaf etdirməkdir.
 
  
Təqdimetmə mərasimində benefisiar təşkilatları, müvafiq hökumət qurumları, beynəlxalq təsisatlar, vətəndaş cəmiyyəti nümayəndələri iştirak ediblər. Tədbirdə çıxış edən Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbəri Malena Mard Ədliyyə Nazirliyi ilə sıx əməkdaşlıq etdiklərini söyləyib: "Biz hamımız çalışmalıyıq ki, işimizi beynəlxalq əməkdaşlıq çərçivəsində quraq".
 
 
Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Faiq Qurbanov deyib ki,  son dövrlər Avropa İttifaqı ilə Azərbaycan hökuməti arasında məhsuldar və konstruktiv layihələr həyata keçirilir: "Bu layihə də əməkdaşlığın yeni nəticəsidir. Bu layihə ədliyyə sisteminin inkişafına yönəlib. Tədbir vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı şəffaflığın təmin olunmasına yönəlik bir addımdır. Ədliyyə Nazirliyinin fəaliyyəti, beynəlxalq qurumlarla əməkdaşlığı şəffafdır. Layihədə məhkəmə qərarlarının icrasının daha səmərəli həyata keçirilməsi üçün beynəlxalq təcrübənin öyrənilməsi nəzərdə tutulub".
 
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin Təşkilati və İnformasiya təminatı idarəsinin rəisi Orxan İsayev bildirib ki, Azərbaycan korrupsiyaya qarşı mübarizə sahəsində əsas təşəbbüslərin iştirakçısıdır: "Korrupsiya transmilli fenomen olduğu üçün ona qarşı dövlətlərin təkbaşına mübarizə aparması çətindir. Bu sahədə beynəlxalq təşkilatlarla əməkdaşlıq edilir. Avropa İttifaqı ilə əməkdaşlıq da bizim üçün önəmlidir".
 
 
Məhkəmə-Hüquq Şurasının üzvü Xəqani Tağıyev Azərbaycanda məhkəmə-hüquq islahatlarının Avropa strukturları ilə sıx əməkdaşlıq şəraitində həyata keçirildiyini nəzərə çatdırıb: "Azərbaycan bu il ərzində Avropa İttifaqı və Avropa Şurası ilə əməkdaşlığın genişləndirilməsi istiqamətində addımlar atıb. Bu layihənin özü də Azərbaycana verilən bir dəstəkdir. Biz layihənin uğurla həyata keçirilməsinə çalışacağıq. Yeri gəlmişkən, Azərbaycanda 5 məhkəmə pilot formasında fəaliyyət göstərir. Mən inanıram ki, bu layihə məhkəmə sisteminin daha səmərəli fəaliyyət göstərməsinə öz töhfəsini verəcək".
 
 
Daha sonra layihənin qrup rəhbəri Pamela Fahey təqdimatla çıxış edib.

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info