Qeyri-OPEC ölkələrindən yalnız 5-i neft hasilatını azaltmağı müzakirə etməyə razıdır
Tarix: 09.12.2016 | Saat: 17:17:00 | E-mail | Çapa göndər


Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv olmayan 14 ölkədən yalnız 5-i Vyanada neft hasilatının həcminin azaldılmasını müzakirə etməyə razıdır.
AZƏRTAC “reuters.com”a istinadla xəbər verir ki, Vyana görüşündə iştirak edəcək 14 qeyri-OPEC ölkəsindən təkcə Azərbaycan, Rusiya, Oman, Qazaxıstan və Meksika neft istehsalını aşağı salmağa razılıq verib.
Həmçinin bildirilir ki, qeyri-OPEC ölkələri gündəlik neft hasilatının həcmini nəzərdə tutulan 600 min barrel yox, 500 min barrelədək azaltmağa razılıq verəcəklər.
Qeyd edək ki, dekabrın 10-da Vyanada OPEC üzvü ölkələr ilə kartelə üzv olmayan ölkələr arasında keçiriləcək görüşdə Azərbaycan da daxil olmaqla 14 qeyri-OPEC ölkəsi iştirak edəcək. Görüşdə Azərbaycanı energetika naziri Natiq Əliyev təmsil edəcək.
Xatırladaq ki, ötən ay OPEC neft hasilatının gündəlik 1,2 milyon barrel azaldılması üzrə qərar qəbul edib. Bu qərar 2017-ci ilin yanvarından tətbiq ediləcək və 6 ay ərzində qüvvədə olacaq. OPEC-ə üzv olmayan ölkələr neft hasilatını gündəlik 600 min barrel azaldacaqlarına, Rusiya isə istehsalını sutkada 300 min barrel aşağı salmağa söz verib.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
“Kaşaqan” neftinin gələcəkdə Bakı-Tbilisi-Ceyhan kəməri ilə nəqli planlaşdırılır”
18.09.2018
Masallıda 3230 hektar əkin sahəsinin suvarma suyu ilə təminatı yaxşılaşdırılacaq
18.09.2018
Ələt–Astara–İran ilə dövlət sərhədi–Biləsuvar avtomobil yolu yenidən qurulur
18.09.2018
Milli valyutada olan əmanətlər 1,7 dəfə artıb
18.09.2018
Moldova ilə beynəlxalq avtomobil daşımaları sahəsində əməkdaşlıq müzakirə olunub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Əfsanəvi İndoneziya batikaları
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info