“Türkiyə iri həcmdə təbii qaz ixrac edən ölkələrlə milli valyutada ticarətə başlayır”
Tarix: 09.12.2016 | Saat: 17:26:00 | E-mail | Çapa göndər


"TANAP Türkiyənin enerji strategiyası çərçivəsində reallaşdırılan ən uğurlu layihələrdən biridir". "Anadolu" agentliyi xəbər verir ki, bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrak bildirib.
 
Nazirin sözlərinə görə, "Türk axını" da Türkiyə üçün olduqca önəmli layihədir: "Bu layihənin reallaşdırılması ilə biz Rusiya ilə əlaqələrimizi daha da genişləndirmiş olacağıq".
 
Türkiyənin tranzit potensialını olduqca yüksək qiymətləndirən B. Albayrak qeyd edib ki, ölkəsi regional mərkəzə çevrilib.
 
Nazir əlavə edib ki, Türkiyə ilə Rusiya idxal olunan təbii qaza görə lirə ilə ödənişlərin edilməsi üçün danışıqlara başlayıb: "Bağlı qapılar arxasında bizi təhdid etməyə çalışırlar. Lakin biz heç nədən qorxmuruq. Ümumiyyətlə, Türkiyə iri həcmdə təbii qaz ixrac edən ölkələrlə milli valyutada ticarətə başlayır. Bu, olduqca önəmli məsələdir. Artıq bu istiqamətdə Rusiya ilə danışıqlara başlamışıq. Danışıqlara bütün aidiyyatı qurumlar cəlb olunub".
 
Qeyd edək ki, Türkiyənin BOTAŞ şirkəti ötən il Azərbaycandan 6,17 mlrd. kubmetr qaz idxal edib. Şirkət bu il Azərbaycandan 0,33 mlrd. kubmetr çox, yəni 6,5 mlrd. kubmetr qaz almaq niyyətindədir.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
İspaniyada intensiv yağıntılar nəticəsində ölən və itkin düşənlər var
20.11.2018
Qətərdə regionun ultramüasir klinikası açılıb
19.11.2018
Putin:“Türk axını” tamamlandıqdan sonra Rusiya-Türkiyə enerji əməkdaşlığı daha da güclənəcək”
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info