Avropa İttifaqı Azərbaycan məhsullarının təşviqinə vəsait ayırıb
Tarix: 09.12.2016 | Saat: 17:38:00 | E-mail | Çapa göndər


Azərbaycanın qeyri-neft sektoruna investisiya qoyuluşunun 35 faizi Avropa İttifaqı ölkələrinin payına düşür

İqtisadiyyat naziri, Azərbaycan Respublikasının Avropaya İnteqrasiyası üzrə Dövlət Komissiyasının sədri Şahin Mustafayev Avropa İttifaqının Azərbaycandakı səfiri xanım Malena Mard ilə görüşüb. Azərbaycan-Avropa iqtisadi əlaqələrindən danışan nazir Şahin Mustafayev 1996-cı ildən başlanmış əməkdaşlığın enerji, investisiya, ticarət və s. sahələri əhatə etdiyini vurğulayıb. Qeyd olunub ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rol oynayır. “Cənub Qaz Dəhlizi” layihəsi enerji sahəsində əməkdaşlığımızın gözəl nümunələrindəndir və bu layihə Avropa İttifaqının prioritet layihələrinə daxil edilib. Bu layihə çərçivəsində 2020-ci ildə Azərbaycan qazının Avropaya çatdırılması planlaşdırılır. Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Avropa İttifaqı ilə ticarət dövriyyəsinin həcminin ümumi ticarətdəki payı 50%-dir. Azərbaycanın qeyri-neft sektoruna investisiya qoyuluşunun 35%-i Avropa İttifaqı ölkələrinin payına düşür.
Avropa İttifaqı ilə müxtəlif proqramlar (Tvinninq, TAİEX və s.) çərçivəsində də əməkdaşlıq həyata keçirilir. Tvinninq aləti üzrə indiyədək 45 layihə həyata keçirilib ki, bu layihələrin 26-sı artıq başa çatıb, 11 layihə isə icra olunur. Avropa İttifaqının 23 üzv ölkəsi ilə ikiqat vergitutmanın aradan qaldırılması, 18 ölkəsi ilə sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında sazişlər, 7 üzv ölkə ilə Strateji Tərəfdaşlıq Bəyannamələri imzalanıb, 14 üzv ölkə ilə Hökumətlərarası Komissiya yaradılıb. Bu ilin mayında Bakıda keçirilmiş Azərbaycan-Avropa İttifaqı biznes forumunu xatırladan nazir Şahin Mustafayev investorların iştirakı ilə keçirilən belə tədbirlərin davam etdirilməsinin əhəmiyyətini qeyd edib. Görüşdə Azərbaycan iqtisadiyyatı və onun prioritet istiqamətləri, iqtisadiyyatın şaxələndərilməsi, eləcə də iqtisadi sahədə həyata keçirilən kompleks islahatlar barədə məlumat verilib, bununla bağlı əməkdaşlıq məsələləri müzakirə edilib. Avropa İttifaqının Azərbaycandakı səfiri xanım Malena Mard Avropa İttifaqı-Azərbaycan iqtisadi əlaqələri barədə fikirlərini bildirərək Avropa İttifaqı və Azərbaycan arasında enerji sahəsi ilə yanaşı, digər sahələrdə də əlaqələrin genişləndirilməsinin önəmini qeyd edib, Avropa İttifaqının əməkdaşlığın inkişafı istiqamətində səylərini davam etdirəcəyini vurğulayıb. Görüşün sonunda Avropa Qonşuluq Alətinin 2015-ci il üzrə Azərbaycan üçün Fəaliyyət Proqramı çərçivəsində 14,5 mln. avro dəyərində “Azərbaycanın Əlaqəli Regional İnkişafı Proqramı”nın maliyyələşdirmə sazişi imzalanıb. Sazişdə tvinninq və texniki dəstək, qrant kimi alətlər vasitəsilə kənd yerləri üçün biznes məlumat sisteminin yaradılması, sahibkarlığın inkişafına, eləcə də kiçik və orta müəssisələrə və ailə fermer təsərrüfatlarına yönəlmiş kənd yerlərinin inkişafına dəstək sisteminin təkmilləşdirilməsi, kənd təsərrüfatı məsləhət xidmətləri sistemi şəbəkəsinin tətbiqi, investisiya dəstəyi və istehlakçıların maarifləndirilməsi yolu ilə təbliğat və yerli məhsulların təşviqi nəzərdə tutulur.

Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Növbəti startap turu Sumqayıtda keçiriləcək
19.09.2018
Neft sənayesi işçiləri təltif edilib
19.09.2018
Qubada yol tikintisinə 10,8 milyon manat ayrılıb
19.09.2018
Avstriya ilə memorandum imzalanıb
19.09.2018
Bakıda keçiriləcək yarmarkaya Qobustandan 2 ton bal çıxarılacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info