Mübariz Qurbanlı yəhudi tələbələrlə görüşüb
Tarix: 09.12.2016 | Saat: 18:16:00 | E-mail | Çapa göndər


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ABŞ-ın aparıcı ali məktəblərinin yəhudi mənşəli tələbələrini birləşdirən məşhur KİVUNİM Amerika-İsrail akademik təşkilatının Azərbaycanda səfərdə olan nümayəndə heyətinin üzvləri ilə görüşüb. Qurumun mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı, müavini Səyavuş Heydərov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri, beynəlxalq münaqişələr üzrə ekspert Arye Qut, KİVUNİM Amerika-İsrail akademik təşkilatının nümayəndə heyətinin rəhbəri Cey Liberman, Bakı şəhəri Dağ yəhudiləri icmasının sədri Milix Yevdayev, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi Mifodi Ata iştirak ediblər. Ölkəmizdəki dini durum, Dövlət Komitəsinin fəaliyyət istiqaməti barədə görüş iştirakçılarına ətraflı məlumat verən Mübariz Qurbanlı bildirib ki, tarixən tolerant və multikultural dəyərləri üstün tutan, əhalisinin 96 faizini müsəlmanlar təşkil edən Azərbaycanda bütün dinlərin nümayəndələri - müsəlman, xristian, yəhudilər əsrlərdir sülh və qardaşlıq şəraitində yaşayır. Dini konfessiyalar barədə danışan komitə sədri vurğulayıb ki, bu konfessiyalar anlaşma şəraitində fəaliyyət göstərirlər və qeyri-islam dini icmalara dövlətimiz tərəfindən mütəmadi maliyyə yardımı edilir. Yəhudilərin Azərbaycanda məskunlaşmasının 2600 illik tarixi olduğunu deyən Komitə sədri ölkəmizdə hər zaman yəhudilərə xoş münasibət bəslənildiyini və indiyə qədər də bu münasibətin davam etdiyini vurğulayıb. O bildirib ki, ölkəmizdə dini etiqad azadlığı tam təmin olunub, bütün dini konfessiyalara bərabər şərait yaradılıb. Digər konfessiya nümayəndələri kimi yəhudilər də öz ibadətlərini, dini ayinlərini sərbəst şəkildə yerinə yetirirlər. Daha sonra çıxış edən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri, beynəlxalq münaqişələr üzrə ekspert Arye Qut Azərbaycanla İsrailin əlaqələrinin perspektivlərini və bu cür görüşlərin keçirilməsini müsbət dəyərləndirib. Görüş diskussiya şəraitində davam edib. Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı tələbələri maraqlandıran sualları cavablandırıb. Sonda görüş iştirakçılarına Azərbaycandakı dini abidələrin fotoşəkillərindən ibarət kitab təqdim edilib.

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Yüksək Texnologiyalar Parkında startapçılar ABŞ-ın müvəqqəti işlər vəkili ilə görüşüb
15.11.2018
“Vəkillik dövlət və cəmiyyət arasında münasibətlərin stabilizatorudur”
15.11.2018
Bakıda beynəlxalq konfrans keçirilir
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10482

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info