“Kaspi” qəzetinin yaranmasının 135 illiyi qeyd olunur
Tarix: 09.12.2016 | Saat: 18:33:00 | E-mail | Çapa göndər


“Kaspi” qəzetinin yaranmasının 135 illiyi qeyd olunur. Qəzet 1881-ci ildən nəşr olunmağa başlayıb və 1919-cu ilədək müddətdə 10 min 65 nömrəsi çıxıb. Qəzetin ilk 28 nömrəsi həftədə iki dəfə, sonra bir müddət həftədə 3 dəfə çıxıb. 1884-cü ilin yanvarından isə gündəlik olub. 
 
1897-ci ildən qəzetin naşirliyini Hacı Zeynalabdin Tağıyev öz üzərinə götürüb və redaktorluq vəzifəsi Əlimərdan bəy Topçubaşova tapşırılıb. O, 24 iyun 1898-ci ildən 1907-ci ilin oktyabrınadək qəzetin redaktoru olub. Ondan sonra qısa müddətdə qəzetin redaktorluğuna Əli bəy Hüseynzadə təyin olunub. 1907-ci ilə kimi “Kaspi”nin 300-dən çox sayı Həsən bəy Zərdabinin imzası ilə işıq üzü görüb.
 
Qəzetdə H.Zərdabidən başqa N.Nərimanov, S.M.Qənizadə, M.A.Şahtaxtinski və başqaları publisistik yazılarla çıxış edirdilər. 
 
Mətbu orqan 1919-cu ildə fəaliyyətini dayandırıb. 1999-cu ildə yazıçı-publisist Sona Vəliyevanın təşəbbüsü ilə “Kaspi” qəzeti bərpa olunub. Hazırda “Kaspi” gündəlik Azərbaycan dilində, həftəlik rus dilində nəşr olunur. Qəzetin 3 əlavəsi fəaliyyətdədir.
 
2011-ci ildə qəzetin 130 illik yubileyi keçirilib və bu münasibətlə mətbuat araşdırmaçılarının tədqiqat məqalələrinin yer aldığı “Üç əsrin qəzeti” kitabı işıq üzü görüb.

Tural




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib
14.11.2018
“Bakcell”in baş icraçı direktoru Londonda rəqəmsal transformasiya haqqında danışıb
14.11.2018
“Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər”
14.11.2018
Slovakiyalı qonaqlar Qobustan qoruğundan xoş təəssüratla ayrılıblar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10473

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info