BANM BİOLAB-la müqavilə imzaladı
Tarix: 09.12.2016 | Saat: 18:59:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbində (BANM) Türkiyənin BIOLAB şirkətinin təşəbbüsü ilə “İstifadədə olan yağ analizi ilə avadanlıqların proqnozlaşdırılmış texniki baxım üsullari” adlı seminar keçirilib.
Seminarda BANM-in rəhbərliyi, professor-müəllim heyəti və tələbələri, BİOLAB şirkətinin baş icraçı direktoru Sinan Vasfi, şirkətin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Bəxtiyar Məmmədzadə, o cümlədən şirkətin Azərbaycandakı satış meneceri Kənan Atakişiyev, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, SOCAR-ın müxtəlif idarə və müəssisələrinin, BP-nin və digər şirkətlərin nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan BANM-in rektoru Elmar Qasımov ali təhsil ocağının qısa zamanda əldə etdiyi uğurları, görülən işlər və perspektivlər haqqında məlumat verib. Rektor həmçinin, BANM-də tələbələr üçün təşkil olunan istehsalat təcrübəsinə verilən xüsusi önəmdən və onları elmi tədqiqatlara cəlb etmək məqsədilə həyata keçirilən tədbirlərdən danışıb. E.Qasımov bildirib ki, bu tədris ilində BANM-nə qəbul olan tələbələrdən 17 nəfəri Prezident təqaüdünə layiq görülüb. “Tələbələrimizin əldə etdiyi bu uğurlar böyük nailiyyətdir” - deyə E.Qasımov vurğulayıb. Elmar Qasımov ali məktəbin beynəlxalq şirkətlərlə uğurlu əməkdaşlığından da söz açıb.
BİOLAB şirkətinin baş icraçı direktoru Sinan Vasfi təmsil etdiyi şirkət barədə danışaraq bildirib ki, BİOLAB özünün 30 ilik təcrübəsi ilə neft və neft məhsullarının analizləri üçün laboratoriya avadanlıqlarının təmin edilməsi, quraşdırılması, təlimlərin verilməsi və eyni zamanda, servis xidmətini həyata keçirir. Mərkəzi ofisi Ankarada yerləşən BİOLAB dünyanın bir çox ölkələrində BP, Shell, Exxon, Türpaş və digər qlobal şirkətlərini laboratoriya cihazları ilə təmin etmişdir. “Şirkətin ən başlıca məqsədlərindən biri yağ analizləri ilə proqnozlaşdırılmış baxım sistemlərini sənaye və elm ocaqlarına müzakirə edərək regiondakı gənclərin maariflənməsinə və sənayenin inkişafına nail olmaqdır” - deyə Sinan Vasfi bildirib.
Tədbir çərçivəsində BANM və BİOLAB şirkəti arasında əməkdaşlıq haqqında razılaşma imzalandı. Razılaşmaya əsasən, BANM-də “ömürboyu təhsil” konsepsiyası çərçivəsində təşkil edilən stajkeçmə, ixtisasartırma və yenidənhazırlama kurslarında, eləcə də elmi-praktiki seminarlarda və konfranslarda BİOLAB əməkdaşları tərəfindən müxtəlif mövzular üzrə mühazirələrin təqdimatı üçün şərait yaradılacaq. Həmçinin, BANM-in əməkdaşları, tələbələri və BİOLAB şirkətinin əməkdaşları qarşılıqlı olaraq kitabxana-informasiya resurslarından istifadə imkanlarından yararlanacaqlar.
Seminarda o cümlədən, yağ analizinin əhəmiyyəti, sənaye müəssisələri üçün əsas texnikalar və onların faydaları, istifadədə olan yağın keyfiyyəti və istifadə müddətinin monitorinqinin faydaları, avadanlıqların sazlığının monitorinqinin faydaları, istifadədə olan yağların element analizinin əhəmiyyəti və s. barədə məlumat verilib.
Seminar tələbələrlə şirkət nümayəndələrinin sual-cavab sessiyası ilə yekunlaşıb.

Nigar





 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10494

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info