Afrika İttifaqının mənzil qərargahında “ASAN xidmət”in təqdimatı keçirilib
Tarix: 09.12.2016 | Saat: 19:40:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndəsi 2016-cı il 7-8 dekabr tarixində Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində səfərdə olub.
Afrika İttifaqının dəvəti əsasında baş tutmuş səfərin məqsədi Azərbaycanın qabaqcıl “ASAN xidmət” modelini Afrika qitəsi ölkələrinə daha geniş formatda təqdim etmək və dövlət xidmətlərinin göstərilməsi sahəsində Azərbaycanın Afrika İttifaqı ilə əməkdaşlığını genişləndirməkdir.
Səfər çərçivəsində Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri və Afrika İttifaqı yanındakı daimi nümayəndəsi Elman Abdullayevin rəhbərlik etdiyi və tərkibinə Dövlət Agentliyinin nümayəndəsinin də daxil olduğu heyət Afrika İttifaqının mənzil qərargahında “Dövlət xidmətləri və idarəetmə” mövzusunda təşkil edilmiş xüsusi sessiyada iştirak edib.
Sessiyada Dövlət Agentliyinin nümayəndəsi dövlət idarəçiliyi və dövlət xidmətlərinin göstərilməsi sahəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi səmərəli islahatların tərkib hissəsi kimi yaradılmış “ASAN xidmət”in fəaliyyəti və nailiyyətləri barədə geniş təqdimatla çıxış edib. Bildirilib ki, fəaliyyətində şəffaflıq, operativlik, əlçatanlıq, məsuliyyətlilik və rahatlıq prinsiplərini rəhbər tutan və vətəndaş məmnuluğuna söykənən “ASAN xidmət” dövlət xidmətlərinin göstərilməsi sahəsində yeni düşüncə və konsepsiyanın əsasını qoymuşdur. Azərbaycanın bu brendi BMT-nin Dövlət Xidmətləri Mükafatının qalibi olaraq dünyada bu sahədə ən qabaqcıl mexanizm kimi tanınır.
Qeyd edilməlidir ki, Azərbaycan Afrika İttifaqının üzvü olmayan yeganə ölkə qismində dövlət xidmətlərinin göstərilməsi sahəsində öz təcrübəsini bölüşmək məqsədi ilə müstəsna olaraq sessiyada iştiraka dəvət edilib.
Təqdimatla yanaşı Afrika İttifaqının mənzil qərargahında “ASAN xidmət”in fəaliyyəti və nailiyyətlərini əks etdirən stend qurulub. Tədbir iştirakçılarının böyük maraq göstərdiyi stendə təşkilatın rəsmiləri, o cümlədən Afrika İttifaqı Komissiyasının sədr müavini cənab Erastus Mvença və Komissiyanın baş katibi xanım Djeneba Diarra baxış keçirib, “ASAN xidmət”in fəaliyyəti ilə tanış olublar.
Səfər çərçivəsində, həmçinin Efiopiya Federal Demokratik Respublikasının dövlət qulluğu və insan resurslarının inkişafı üzrə dövlət naziri cənab Adamo Ayane və Xarici İşlər Nazirliyinin Siyasi araşdırmalar və təhlil idarəsinin rəhbəri cənab Mekonen Haddis ilə də görüşlər keçirilib. Görüşlərdə dövlət xidmətlərinin göstərilməsi sahəsində Azərbaycanda həyata keçirilən islahatlar barədə məlumat verilib və bu istiqamətdə Azərbaycan Efiopiya arasında gələcək əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Tural Tağıyev





 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10498

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info