İsa Həbibbəyli: “Ulu öndərin həyat yolu, fəaliyyəti böyük bir elmdir”
Tarix: 09.12.2016 | Saat: 20:00:00 | E-mail | Çapa göndər


Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin vəfatının on üçüncü ildönümü münasibətilə anım tədbiri keçirilib. Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, millət vəkili İsa Həbibbəyli, YAP Siyasi Şurasının üzvləri, tanınmış ictimai-siyasi xadimlər, elm adamları, ziyalılar iştirak ediblər. Öncə ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ruhuna dualar oxunub və ehsan süfrəsi açılıb. Daha sonra ümummilli liderin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.
Tədbiri açıq elan edən YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında həyata keçirdiyi misilsiz xidmətlər danışıb. O qeyd edib ki, ümummilli lider Heydər Əliyevin həyatı hər bir azərbaycanlı üçün örnəkdir. Ulu öndər Heydər Əliyev bütün həyat və fəaliyyətini Azərbaycan xalqının rifahına, dövlətimizin möhkəmləndirilməsinə, millətimizin gələcək inkişafına həsr edib. Məhz onun sayəsində XX əsrin 90-cı illərində vətəndaş müharibəsindən, xaosdan, özbaşınalıqdan əziyyət çəkən, əraziləri bir-birini ardınca ermənilər tərəfindən işğal olunan Azərbaycan bütün bu bəlalardan xilas oldu. Ölkəmizdə sabitlik, əmin-amanlıq yarandı, düşmənlərimizin də arzu-niyyətləri həyata keçmədi. Hələ Sovet dövründə ulu öndərin Azərbaycana rəhbərlik etdiyi vaxtdan başlayaraq millətimizdə milli oyanış prosesləri başlanmışdı. 1991-ci ildə müstəqillik əldə etmiş Azərbaycanı dağılmaqdan, məhv olmaqdan xilas etmək, bu yolda bütün əzab-əziyyətlərə dözmək, dövlətimizin möhkəmlənməsi, çiçəklənməsi üçün gecə-gündüz çalışmaq lazım idi. Bu missiyanı xalqın istəyi ilə Heydər Əliyev həyata keçirdi. O, müasir Azərbaycanın banisi, millətimizin xilaskarıdır. Onun Azərbaycan üçün etdiklərini sözlə ifadə etmək qeyri-mümkündür.
Çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, millət vəkili İsa Həbibbəyli ümummilli lider Heydər Əliyevin atdığı tarixi addımlar, həyata keçirdiyi böyük miqyaslı tədbirlər haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. Qeyd olunub ki, ulu öndərin həyat yolu, fəaliyyəti böyük bir elmdir. Onun həyata keçirdiyi addımlar nəticəsində Azərbaycan öz milli kimliyini əldə etdi, elmimiz, ədəbiyyatımız yeni inkişaf mərhələsinə qədəm qoydu. Azərbaycan xalqının xilaskarı kimi ulu öndərin hələ ötən əsrin 90-cı illərində atdığı qətiyyətli addımlar bütün dünyanın diqqətini Azərbaycana yönəltdi. O, elə bir dahi idi ki, qısa bir zamanda ölkədə sabitlik yaratdı, atəşkəs elan olundu və dünya dövlətləri ilə Azərbaycan arasında onilliklər boyu millətimizə xeyir gətirən müqavilələr, sazişlər imzaladı. Azərbaycan dünya xəritəsində öz layiqli yerini tutdu. Hələ uzun illər ulu öndərin irsi araşdırılacaq, Onun Azərbaycan xalqının rifahı üçün həyata keçirdiyi addımlar gələcək inkişaf üçün də yeni üfüqlər açacaqdır. Ulu öndərimizin müəyyənləşdirdiyi strateji xətt bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilir.
Xalq şairi Nəriman Həsənzadə çıxış edərək ulu öndərin Azərbaycan ədəbiyyatına, elminə, söz və qələm adamlarına göstərdiyi böyük diqqət və qayğıdan söz açıb.
Daha sonra çıxış edənlər ümummilli lider Heydər Əliyevin hər bir azərbaycanlı üçün mayak rolunu oynayan mühüm addımlarından, Onun dahiliyini xarakterizə edən xüsusiyyətlərindən danışıblar. 

Nigar




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
“Bakcell“dən maraqlı aksiya və onlayn müsabiqə: DaimOnline
25.09.2018
AQTA-nın vətəndaşlara müraciəti
25.09.2018
Mübariz Qurbanlı Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib
25.09.2018
AZAL yeni tipli təyyarələr üçün trenajorlar alacaq
25.09.2018
Xüsusi təyinatlılar üçün yeni snayper istehsalına başlanılıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
3 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info