Strateji yol xəritəsi çox ciddi təhlillər üzərində qurulub
Tarix: 09.12.2016 | Saat: 20:12:00 | E-mail | Çapa göndər


Strateji yol xəritəsi çox ciddi təhlillər üzərində qurulub. Burada Azərbaycanda mövcud iqtisadi vəziyyət, həm də qlobal və regional trendlər nəzərə alınıb.
Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.
Strateji baxış Azərbaycanın davamlı iqtisadi inkişafı əsasında iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin artırılması və qlobal regional dəyər zəncirlərində özünəməxsus mövqeyinin gücləndirilməsi üzərindən sosial rifahı yaxşılaşdırmağa istiqamətlənəcək. Bu strateji baxışın altında funksional olaraq 11 sektor müəyyənləşib. Bunlardan 6-sı bilavasitə real sektorla, o cümlədən neft-qaz və kimya məhsullarının, kənd təsərrüfatı məhsullarının istehsalı, turizm sektorunun inkişafı ilə bağlıdır.
İki sahə bilavasitə sosial sahə ilə əlaqədardır. Bu, həm də onu göstərir ki, Azərbaycan indiyədək yürütdüyü sosial bazar modeli fəlsəfəsini qoruyur və bundan sonrakı strategiyanın mərkəzdə də insan amili dayanır.
Üç sektorda isə biz telekommunikasiya və maliyyə-bank sektorunu infrastruktur çətiri altında birləşdirmişik. 11 sektoral yanaşma ilə bərabər biz 4 əsas prioritet istiqamət müəyyənləşdirmişik. Bu istiqamətlər 11 sektorun hər birinə aiddir. Bunlar, ilk növbədə, fiksal və monetar siyasətin uzlaşdırılması, ikinci istiqamət insan kapitalının inkişafı və əmək bazarının regional, qlobal və milli iqtisadi inkişaf tələbatına uyğunlaşdırılmasıdır. Üçüncü prioritet istiqamət biznes mühitinin yaxşılaşdırılması, dördüncü isə dövlət əmlakının idarəedilməsinin təkmilləşdirilməsidir, - deyə Vüsal Qasımlı bildirib.

Anar




 
Bölməyə aid digər xəbərlər
24.08.2019
Azərbaycanda metanol istehsalının həcmi nə qədərdir?
24.08.2019
Azərbaycan MDB ölkələri arasında ən çox Rusiyaya məhsul ixrac edib
24.08.2019
Rusiya şirkəti Azərbaycana dondurma ixrac etməyi planlaşdırır
24.08.2019
Yeddi ayda işsizlikdən sığorta ödənişinin orta məbləği 229,1 manat olub
24.08.2019
Astara-Astara dəmiryol terminalında tikinti işləri bərpa edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10870

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info