Azərbaycan beynəlxalq forumda təmsil olunub
Tarix: 09.12.2016 | Saat: 20:42:00 | E-mail | Çapa göndər


İndoneziyada 2008-ci ildən etibarən hər il baş tutan“Bali Demokratiya Forumu”nda bu dəfə ölkəmizi Azərbaycanın İndoneziyadakı səfiri Tamerlan Qarayev təmsil edir.
Səfirlikdən verilən məlumata görə, T.Qarayev tədbirdə çıxış edərək bildirib ki, demokratiyanı, insan haqlarını və qanunun aliliyini təşviq etmək məqsədi daşıyan bu mötəbər Foruma Azərbaycan hökuməti böyük önəm verir və bu məqsədlərə xidmət edən bütün platformalara, o cümlədən Bali Demokratiya Forumuna öz töhfəsini davam etdirəcək.
Səfirin çıxışında daha sonra Azərbaycanın müstəqilliyinin bərpa olunmasının 25 illiyindən, bu illər ərzində ölkəmizin müstəqil xarici siyasətə malik olması, bölgəsəl gücə, etibarlı beynəlxalq tərəfdaşa və nümunəvi multikulturalizm mərkəzinə çevrilməsi kimi nailiyyətlərdən bəhs olunub. 1918-ci ildə şərqdə ilk təsis olunmuş və Avropadan da əvvəl qadınlara bərabər hüquq verən və ölkə Parlamentində qadınların da təmsil olunduğu, iki il ömür yaşamış Azərbaycan Demokratik Cümhuriyyəti haqqında məlumat verilib.
Multukulturalizmin Azərbaycanın dövlət siyasəti olduğu, Azərbaycan Prezidenti tərəfindən 2016-cı ilin “Multikulturalizm ili” elan edildiyi vurğulanıb, Bakı Beynəlxalq Humanitar Forumu, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu və Azərbaycanın təşəbbüskarı olduğu və ev sahibliyi etdiyi digər beynəlxalq tədbirlərdən söz açılıb. 2008-ci ildə Azərbaycanın təşəbbüs etdiyi və mədəniyyətlərarası dialoq platformasına çevrilmiş “Bakı prosesi” haqqında məlumat verilib.
Müxtəlif etnik və din mənsublarının bərabərlik, sülh və əmin-amanlıq içərisində yaşadığı Azərbaycanın qonşu Ermənistan tərəfindən ərazi təcavüzünə məruz qaldığı vurğulanıb. Səfir daha sonra qeyd edib ki, dünyada tək etnik və tək din mənsublarından ibarət əhaliyə malik olan ölkə yalnız Ermənistandır və belə bir ideologiyaya məxsus ölkə hökuməti terroru və separatizmi dövlət siyasətinə çevirərək Azərbaycan torpaqlarını işğal edib, həmin ərazilərdə etnik təmizləmə - soyqırımı həyata keçirib, 1 milyona yaxın müsəlman azərbaycanlıları öz doğma yurdlarından qovub. Ermənistan öz ərazisindən də bütün müsəlmanları sürgün edib. Hazırda Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərindəki məscidlər, müsəlman qəbirləri və digər dini-tarixi abidələr müxtəlif təhqirlər və vəhşiliklərə məruz qalaraq dağıdılır.
Səfir bildirib ki, bütün bunlar hamımızın birgə yaşadığımız planetimizdə baş verir: "Dünyada sivil cəmiyyət sülh və təhlükəsiz şəraitdə öz şərəf və ləyaqəti ilə sərbəst yaşamaq istəyir. Bunun üçün də dünyamızın tək ehtiyacı olduğu addım bizim birləşməyimiz və ədalətsizliklərə qarşı birgə səylərimizdir".
Tural




 
Bölməyə aid digər xəbərlər
06.06.2020
Naxçıvan qarnizonu qoşunlarında gənc əsgərlərin andiçmə mərasimi keçirilib - VİDEO
06.06.2020
“Tarixi reallıqları deməkdən çəkinməməliyik“
05.06.2020
“Onsuz da çətin vəziyyətdəyik“
05.06.2020
Almaniya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üzrə səyləri dəstəkləyir
05.06.2020
“Prezidentin çıxışı siyasi və tarixi cəsarət idi”

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
2 “Türkiyə-Almaniya-Azərbaycan dostluğunu gücləndirmək üçün çalışırıq”
3 Uşaqların layiqli vətəndaş kimi formalaşması prioritet istiqamətdir Azərbaycanda uşaq hüquqlarının müdafiəsi: inkişaf və perspektivlər
4 “Kolizey“ yenidən ziyarətçiləri qəbul etməyə başladı
5 “Ənənəvi mətbəximizə qayıtmalıyıq”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info