Ümumukrayna Azərbaycanlılarının IV Forumu keçiriləcək
Tarix: 09.12.2016 | Saat: 21:14:00 | E-mail | Çapa göndər


Sabah Kiyev şəhərdində Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun təşəbbüsü ilə  “Ukraynada Azərbaycan diasporunun lobbiçilik fəaliyyətinin önəmi və iş adamlarının diaspora inteqrasiyası” mövzusunda Ümumukrayna Azərbaycanlılarının IV Forumu keçiriləcək. Forum tarixində ilk dəfə sosial şəbəkələr (https://www.facebook.com/aze.in.ua/?fref=ts) və You Tube kanalı (https://www.youtube.com/channel/UClX9aLihHu8DQHrrGHAeCBg) vasitəsilə Bakı vaxtı ilə saat 17.00-da canlı yayımlanacaq. 
Forumda Azərbaycandan və Avropadan qonaqlar, Ukraynanın bütün regionlarında yaşayan və biznes fəaliyyəti ilə məşğul olan iş adamları iştirak edəcək. Dünyada yaşayan azərbaycanlılar isə Foruma müasir informasiya-kommunikasiya vasitələri ilə canlı qoşulub suallarını, təkliflərini və tövsiyələrini verə biləcəklər. 
Forum  iştirakçıları Dünya Azərbaycanlılarının Bakıda keçirilən sonuncu Qurultayında  - Prezident İlham Əliyevin səsləndirdiyi tövsiyələrin daha çevik həyata keçirilməsi yollarını müzakirə edəcəklər. 
İnformasiya sahəsində uğurlu fəaliyyət, sosial şəbəkələrdə aktivlik, Ukrayn dilində Azərbaycanla bağlı mövcud səhifələrin daha da gücləndirilməsi, ölkəmizlə bağlı maraqlı məlumatların həmin səhifələrdə yerləşdirilməsi və Ukrayna mediası ilə əlaqələrin gücləndirilməsi Forum iştirakçılarının diqqət edəcəyi məsələlərdən olacaq. 
Bundan başqa, Forumda Azərbaycanlıların Ukrayna dövlət və qanunvericilik orqanlarında - təhsil müəssisələri, yerli idarəetmə orqanları, səhiyyə və icra qurumlarında təmsilçiliklərinin artırılması məsələləri qarşıya qoyulacaq.  
Forum iştirakçılarına həmçinin Azərbaycanın turizm potensialının təbliği, multikultural və tolerant ölkə olduğunu Ukrayna cəmiyyətinə çatdırmaq tövsiyə olunacaq, bizneslə məşğul olan soydaşlarımız Azərbaycana sərmayə qoymağa dəvət ediləcək.  

Fuad




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
“Vəkillik dövlət və cəmiyyət arasında münasibətlərin stabilizatorudur”
15.11.2018
Bakıda beynəlxalq konfrans keçirilir
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib
14.11.2018
“Bakcell”in baş icraçı direktoru Londonda rəqəmsal transformasiya haqqında danışıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10477

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info