ABŞ Suriyadakı müttəfiqlərinə silah tədarükünə qoyduğu qadağanı ləğv edib
Tarix: 09.12.2016 | Saat: 23:31:00 | E-mail | Çapa göndər


ABŞ prezidenti Barak Obama Suriyadakı müttəfiqlərinə silah, sursat və döyüş texnikasının tədarükünə qoyulan qadağanı ləğv edib.
“RİA Novosti”nin xəbərinə görə, ABŞ-ın dövlət katibi və müdafiə nazirinə ünvanlanan müvafiq memorandum Ağ Ev tərəfindən dərc edilib. “ABŞ-ın Suriyada terrorla mübarizədə keçirdiyi hərbi əməliyyatların dəstəklənməsində iştirak edən əcnəbi qüvvələr, yerli dəstələr, qruplar və ya ayrı-ayrı şəxslərə müdafiə sənayesi məhsullarının və xidmətlərinin təqdim edilməsi və digər əməliyyatlar ABŞ-ın milli təhlükəsizlik maraqları üçün mühüm əhəmiyyət kəsb edir”, - deyə sənəddə qeyd edilib. Qeyd olunan yardımın göstərilməsi üçün dövlət katibi və müdafiə nazirinə Konqresi ətraflı məlumatlandıraraq razılığını almaq tapşırılıb. Bundan əvvəl ABŞ Suriya müxalifətinə məhdud həcmdə silah-sursat tədarük edib. Ağ Evin qaynaqlarından “RİA Novosti” saytına sızan məlumatlara görə, silah tədarükünə məhdudiyyətin aradan qaldırılması Suriyadakı müttəfiqlərlə razılaşdırılmış bir plandır. Bu plan “İŞİD”-in Suriyada “paytaxtı” olan Rakkaya qarşı gözlənilən hücumla bağlıdır. Xatırladaq ki, Pentaqon və Dövlət Departamentinin Suriyanın "mülayim qüvvə"lərinin hərbi yardımla təmin etmək istəyi hələ ABŞ Konqresi tərəfindən təsdiq edilməlidir. Əslində isə ABŞ-ın "mülayim qüvvə" kimi təqdim etdiyi hərbi qüvvələrin sırasına kimlərin daxil olması ilə bağlı fərqli fikirlər var. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Hələbdəki rus hərbi hospitalını atəşə tutan və iki tibb bacısının ölümünə bais olanlar məhz həmin qüvvələrdir. Xatırladaq ki, bir müddət əvvəl İngiltərənin baş naziri olan Devid Kemeron da bildirmişdi ki, mülayim Suriya müxalifəti “İŞİD” üzərində qələbə qazanmaq iqtidarında deyil. O qeyd edirdi ki, həmin qüvvələrin daxilində olan bəzi qruplar radikallarla əlbirdir. Qeyd edək ki, ABŞ və onun koalisiyadakı tərəfdaşları Suriyada "hərbi əməliyyatlar"ı yerli hökumətin razılığı olmadan həyata keçirirlər. Yalnız Rusiya Suriyanın hakimiyyəti orqanlarının razılığı hərbi əməliyyatlar həyata keçirir. Bundan əlavə, ABŞ və onun müttəfiqləri ölkədə Suriya ordusuna qarşı döyüşən müxalifət qüvvələrinə də dəstək verdiklərini gizlətmirlər. Xatırladaq ki, ABŞ prezidenti “İŞİD”-in meydana gəlməsində ölkəsinin 2003-cü ildə İraqda keçirdiyi hərbi əməliyyatlar zamanı buraxılan səhvlərin də rol oynadığını etiraf etmişdi.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Yaponiya hökuməti dövlət qulluqçularının çoxunun evlərində işləməsinə çalışır
25.09.2018
Roma Papası Latviyada səfərdədir
25.09.2018
Mərkəzi Asiyada ilk beynəlxalq turizm universiteti Astanada açılacaq
25.09.2018
PKK başçısının yaxın silahdaşı həbs olunub
24.09.2018
Moldova Konstitusiya Məhkəməsi Dodonun səlahiyyətlərini müvəqqəti dayandırlb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10141

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info