“Kaspi” qəzetinin 135 illiyi münasibətilə tədbir keçirilib
Tarix: 10.12.2016 | Saat: 00:11:00 | E-mail | Çapa göndər


“Kaspi” qəzetinin yaranmasının 135 illiyi münasibətilə təntənəli tədbir keçirilib. “Trend”-in məlumatına görə, tədbirdə Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli, Milli Məclisin deputatları, media qurumlarının rəhbərləri, ictimai-siyasi xadimlər və digər qonaqlar iştirak edib. Tədbirin əvvəlində qəzetin tarixinə həsr olunmuş film nümayiş olunub.
Daha sonra tədbirdə çıxış edən “Kaspi” qəzetinin təsisçisi Sona Vəliyeva qəzetin yaranma tarixi və keçdiyi inkişaf yolu haqqında danışıb. S.Vəliyeva bildirib ki, Azərbaycan milli mətbuatının 140 ildən artıq keçdiyi tarixi inkişaf prosesində "Kaspi” qəzeti geniş bir dövrü əhatə edir. “S.Vəliyeva vurğulayıb ki, 1881-ci ildən 1919-cu ilədək olan mərhələdə “Kaspi”də fəaliyyət göstərən ziyalılarımız bu qəzet vasitəsilə həm fikir adamlarının həmrəyliyinə nail oldular, həm də milli düşüncələrin oyanmasında, milli şüurun dirçəlişində, eyni zamanda, istiqlal mübarizəsinin formalaşmasında əhəmiyyətli dərəcədə böyük tarixi rol oynadılar: “Onlar sözün əsl mənasında tarix yaradırdılar. Tarix isə illər sonra onları əbədiləşdirdi. “Kaspi” 1881-ci ildən 1919-cu ilədək Azərbaycan xalqının mətbuat tarixində, eləcə də ictimai, mədəni, ədəbi fikir tarixində baş vermiş inkişafı güzgü kimi əks etdirərək bizlərə miras qoyub. Tarixdə iz qoymuş “Kaspi” bizlərə qəzetçilik tariximizin dərin elmi araşdırmaya ehtiyac duyulan mənəviyyat və düşüncə xəzinəsini miras qoyub. Bu qəzetin tarixi missiyasını öz üzərinə götürən müstəqil Azərbaycanın çağdaş mətbuat orqanı kimi biz “Kaspi”çilər öz tarixi missiya və məsuliyyətimizi və cavabdehliyimizi həmişə anlayır, hər cümlə və sətrimizdə bunu isbat etməyə çalışırıq”. S.Vəliyeva vurğulayıb ki, müasir “Kaspi” qəzeti XX əsrin sonlarında - 1999-cu ilin mart ayında Ulu öndər Heydər Əliyevin xeyir-duası ilə fəaliyyətə başlayıb. S.Vəliyeva bildirib ki, “Kaspi” media aləminə gəlişi ilə sələfinin ənənələrinə sadiq qalaraq milli bir qəzet olmağı, digər tərəfdən də dünyanın ən mütərəqqi mətbuatının inkişaf prinsiplərindən bəhrələnərək daim yenilik və müasirliyi öz fəaliyyətində əks etdirməyi qarşısına əsas məqsəd qoydu, söz, mətbuat azadlığının gətirdiyi azadfikirliliyin ölçü-biçisini düzgün dərk etdi. Daha sonra çıxış edən Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Vüqar Əliyev bildirib ki, “Kaspi” qəzetinin nümunəsində Azərbaycan milli mətbuatının keçdiyi böyük və şərəfli inkişaf yolunu bir daha görür və milli mətbuatımızla qürur duyuruq. V.Əliyev bildirib ki, o zaman rus dilində nəşr olunan “Kaspi” qəzeti dövrün mütərəqqi baxışlarını təbliğ etməklə, xalqa xidmət nümunəsi göstərməklə onun azadlıq arzularının gerçəkləşməsinə, milli müstəqillik ideyasının inkişafına əməli töhfə verib: ““Kaspi” qəzeti o zaman Azərbaycan xalqının adət-ənənələrini təbliğ edən, cəmiyyətin aktual məsələlərini ictimai müzakirəyə çıxaran, tanınmış maarifçilərin, mütəfəkkirlərin fikirlərini xalq arasında yayan nəşr kimi bütövükdə cəmiyyətin maariflənməsinə, milli təfəkkürün formalaşmasına mühüm töhfələr verib”. V.Əliyev qeyd edib ki, bolşevik işğalından sonra Azərbaycanda milli mətbuat faktiki olaraq fəaliyyətini dayandırmışdı: “Yeni yaradılan mətbuat isə Azərbaycanda senzura şəraitində fəaliyyət göstərmək məcburiyyətində qaldı. 1990-cı ilin əvvəllərində Azərbaycanda milli müstəqilliyin bərpa olunması həm də Azərbaycan milli mətbuatının qarşısında yeni üfüqlər açdı, onun öz tarixi köklərinə, prinsiplərinə qayıtması üçün şərait yarandı. 1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıtması və Azərabaycanda başlanan demokratik islahatlar və bunun tərkib hissəsi kimi söz və mətbuat azadlığının təmin olunması istiqamətində atılan addımlar Azərbaycan milli mətbuatının yeni inkişaf mərhələsinə yüksəlməsini təmin etdi”. PA rəsmisi vurğulayıb ki, dövlətin media siyasəti mətbu nəşrlərin, o cümlədən ümumilli lider Heydər Əliyevin tövsiyyəsi ilə 1999-cu ildə fəaliyyəti bərpa olunmuş “Kaspi” qəzetinin inkişafına çox əlverişli şərait yaratmışdı: “Kaspi” qəzeti ölkənin aparıcı media orqanları arasında layiqli yer tutub və ictimaiyyətdə böyük nüfuz qazanıb”. Tədbirdə çıxış edən Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib ki, “Kaspi” qəzeti xalqımızın ictimai-siyasi həyatında mühüm rol oynayan nəşrlərdən biridir: ““Kaspi” qəzeti öz ətrafında o dövrün ziyalılarını birləşdirdi, həmin vaxt xalqın problemlərini gündəmə gətirdi. Bu gün də “Kaspi” qəzeti cəmiyyətimizin informasiya təminatında mühüm rol oynayr”. Daha sonra “Kaspi” qəzetinə Mətbuat Şurasının diplomu təqdim edilib və tədbir bədii hissə ilə davam etdirilib.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info