Beş ildə Gənclər Fondu tərəfindən 3341 layihə dəstəklənib
Tarix: 10.12.2016 | Saat: 01:01:00 | E-mail | Çapa göndər


Azərbaycanda həyatın bütün sahələri kimi, gənclərlə iş sahəsinə də dövlətimiz tərəfindən böyük diqqət və qayğı göstərilir.
Gənclərin ölkənin ictimai-siyasi həyatında fəal iştiraka cəlb olunması, onların istək, rəy və təkliflərinə xüsusi önəm verilməsi dövlətin gənclərə qayğısının, bu yöndə apardığı siyasətin bariz göstəricisidir. Bu fikirlər Prezident yanında Gənclər Fondunun fəaliyyətə başlamasının beş illik yubileyi münasibətilə Şəkidə keçirilən regional görüşdə səsləndirilib. Şəhər İcra Hakimiyyətinin akt zalında keçirilən tədbirdə şəhər rəhbərliyi, Gənclər Fondunun rəsmiləri, həmçinin Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı və Ağsu rayonlarının gənclər və idman idarələrinin, gənclər təşkilatlarının təmsilçiləri iştirak ediblər. Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov ölkənin hərtərəfli inkişafında gənclərin rolunun danılmaz olduğunu, onların cəmiyyətimizin fəal qurucularına çevrildiyini bildirib. Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev Azərbaycan Prezidentinin 2011-ci il 19 dekabr tarixli fərmanına əsasən yaradılan Fondun ötən beş ildəki fəaliyyəti, qazandığı uğurlar, əldə olunan nailiyyətlər barədə danışıb. Bildirilib ki, Fond gənclərə dəstək verir, onların ideyalarını və təşəbbüslərini reallaşdırmağa şərait yaradır. Fəaliyyət göstərdiyi dövrdə Fond gənclərin böyük etibarını qazanıb. Yüzlərlə gənc və gənclər təşkilatları müxtəlif ideya və təkliflərlə Fonda müraciət edib, dəstək alıblar. Sonra Prezident yanında Gənclər Fondunun beş illik fəaliyyətinə həsr olunan video-təqdimat olub. Diqqətə çatdırılıb ki, fəaliyyətə başladığı gündən indiyədək Gənclər Fonduna 7098 layihə daxil olub, onlardan 3341-i dəstəklənib. Eyni zamanda, səfər qrantları ilə bağlı 384 müraciətin 167-nə müsbət cavab verilib. Ötən müddətdə Fond tərəfindən Şəki rayonu üzrə 84, Balakən rayonu üzrə 52, Zaqatala rayonu üzrə 43, Qax rayonu üzrə 58, Oğuz rayonu üzrə 51, Qəbələ rayonu üzrə 99, İsmayıllı rayonu üzrə 76 və Ağsu rayonu üzrə 43 layihə dəstəklənib.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info