“Özəl sektor strateji yol xəritəsində önəmli çəkiyə malik sahələrdən biridir”
Tarix: 10.12.2016 | Saat: 01:14:00 | E-mail | Çapa göndər


Sahib Məmmədov:
“Burada əsas məqsəd əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması və bunun əsas göstəricisi olan insan inkişafı indeksinin daha da yüksəldilməsidir”

“Prezidentin imzaladığı “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Fərmanı ilə təsdiq edilmiş strateji yol xəritələri məhz iqtisadiyyatın əsas prioritet istiqamətləri üzrə tədbirləri nəzərdə tutur və görüləcək işləri, hədəfləri müəyyənləşdirib”. Bu barədə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov qeyd edib.
Nazir müavini bildirib ki, tədbirlər 3 mərhələdə həyata keçiriləcək: 2016-2020-ci illər üçün iqtisadi inkişaf strategiyası və tədbirlər planı, 2025-ci ilədək uzunmüddətli baxış və 2025-ci ildən sonrakı dövr üçün hədəf baxışı. İlk mərhələdə qısa müddətdə ölkə iqtisadiyyatına xarici mənfi təsirlərin qarşısını almaq, iqtisadiyyatı mənfi şoklardan qorumaq nəzərdə tutulur. Eyni zamanda ortamüddətli dövrdə inkişaf xəttinin bərpa edilməsi, iqtisadiyyatın şaxələndirilməsi, ölkə iqtisadiyyatının daha çox dünya iqtisadiyyatına inteqrasiyası yolu ilə rəqabətqabiliyyətliliyin artırılmasıdır. İkinci mərhələdə ölkə iqtisadiyyatının əsasən yüksək gəlir yaradan, rəqabətqabiliyyətliliyin artırılması istiqamətində tədbirlər görüləcək. Üçüncü mərhələdə isə yüksək texnologiyaya əsaslanan inklüziv iqtisadiyyatın formalaşdırılması sahəsində tədbirlər həyata keçiriləcək ki, burada əsas məqsəd əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması və bunun əsas göstəricisi olan insan inkişafı indeksinin daha da yüksəldilməsidir. “Sahibkarlığın inkişafı prioritet elan olunub. Bu istiqamətdə həyata keçirilən nəticələr sahibkarların güzəştli kreditlərə çıxış imkanlarının yaxşılaşdırılması, maarifləndirilməsi, xarici əlaqələrin qurulması, forumların keçirilməsi nəticəsində özəl sektorun payı ümumi daxili məhsulda 80 faizi, məşğulluqda 74 faizi ötüb. Özəl sektor strateji yol xəritəsində önəmli çəkiyə malik sahələrdən biridir”, - deyə nazir müavini diqqətə çatdırıb.
Anar




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
13.11.2018
“Ölkəmizdə elə bir sahə yoxdur ki, orada qadınlar təmsil olunmasınlar”
13.11.2018
Marko Alvera: TAP-ın inşası 2020-ci ildə başa çatacaq
13.11.2018
Tereza Mey: “Brexit” müzakirələri son mərhələyə çatıb
10.11.2018
ABŞ İrana qarşı hərbi əməliyyat planlaşdırmır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10471

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info