Ümummilli liderin xatirəsinə həsr olunan xeyriyyə aksiyası keçirilib
Tarix: 12.12.2016 | Saat: 16:03:00 | E-mail | Çapa göndər


ABŞ-ın Los-Anceles şəhərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunan geniş xeyriyyə aksiyası keçirilib.
Ölkəmizin Los-Ancelesdəki baş konsulluğundan bildiriblər ki, aksiyada Los-Ancelesdə yaşayan kimsəsiz və evsiz-eşiksiz şəhər sakinləri üçün süfrə açılıb, isti yeməklər paylanıb.
Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunun təşəbbüsü və dəstəyi ilə keçirilən tədbir ABŞ-ın ən böyük xeyriyyə təşkilatlarından olan “Los-Anceles Missiyası”nda təşkil edilib. Aksiya zamanı Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev və baş konsulluğun əməkdaşları “Los-Anceles Missiyası”nın könüllülərinə qoşularaq, kimsəsiz və evsiz-eşiksizlərə yeməklərin paylanmasında iştirak ediblər.
Tədbirdən əvvəl N.Ağayev “Los Anceles Missiyası”nın rəhbəri Herb Smit ilə görüşüb.
Görüşdə H.Smit rəhbərlik etdiyi təşkilatın Heydər Əliyevin xatirəsi ilə bağlı baş konsulluq tərəfindən təşkil olunan xeyriyyə aksiyasına artıq ikinci dəfə ev sahibliyi etdiyini vurğulayıb. O, bu aksiyanın artıq Los-Ancelesdə gözəl bir ənənəyə çevrildiyini və nümunəvi humanist təşəbbüs kimi rəğbətlə qarşılandığını bildirib. Ötən müddət ərzində Azərbaycan ilə daha yaxından tanış olmaq fürsəti əldə etdiyini vurğulayan H.Smit Heydər Əliyevin öz xalqına fədakarcasına xidmət edən, dini tolerantlıq və multikulturalizm dəyərlərinin təşviqinə böyük önəm verən, humanizm prinsiplərini daim yüksək tutan görkəmli dövlət xadimi olduğunu qeyd edib. H.Smit, həmçinin bildirib ki, bu gün Azərbaycan növbəti dəfə yoxsul, kimsəsiz insanlara qucaq açaraq onlara isti münasibət, qayğı göstərir və bir çoxlarına gözəl bir nümunə olur.
Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqına dünya birliyində özünəlayiq yer tutan, qüdrətli və mütərəqqi bir dövləti əmanət etdiyini deyən N.Ağayev Ümummilli Liderin əziz xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını vurğulayıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Putin:“Türk axını” tamamlandıqdan sonra Rusiya-Türkiyə enerji əməkdaşlığı daha da güclənəcək”
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info