Britaniyanın Standartlar İnstitutu ilə əməkdaşlıq memorandumu imzalanacaq
Tarix: 12.12.2016 | Saat: 16:28:00 | E-mail | Çapa göndər


Britaniya Standartlar İnstitutu ilə yerli sertifikatlaşdırma orqanları arasında “İxracyönümlü məhsulların Avropa bazarına çıxarılmasınadair müştərək sertifikatlaşdırma fəaliyyətinin aparılmasına dair” Əməkdaşlıq Memorandumu imzalanacaq. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, komitənin təşkilatçılığı ilə dekabrın 14-də Bakıda “İdarəetmə sistemlərinə aid olan yeni İSO standartları haqqında müəllifdən məlumatlar” adlı master klass keçiriləcək. Master klassı Britaniya Standartları İnstitutunun (BSİ) Standartların inkişafı şöbəsinin müdiri Çarlz Korri və BSİ-ın MDB və Baltikyanı ölkələr üzrə baş direktoru Dmitri Yartsev keçirəcək.
Çarlz Korri həmçinin İSO 9001 ”Keyfiyyəti idarəetmə sistemləri”, İSO 45001 “İstehsal təhlükəsizliyi və əməyin mühafizəsi idarəetmə sistemləri” , İSO 55001 “Aktivlərin idarə edilməsi sistemləri” standartlarının müəllifi, keyfiyyətin idarə edilməsi sistemləri üzrə Texniki Komitələrin (İSO/TC 176/SC 2, İSO/PS 283, İSO/TC 251) və OHSAS-ın (Standartlar Qrupu) layihə katibidir.
Tədbir çərçivəsində iştirakçılara müəssisələrdə yaradılan keyfiyyət sistemlərinə beynəlxalq tələblər, bu sahə üzrə mövcud müasir təcrübə, istehsal sahəsində ətraf mühitin mühafizəsi və əməyin təhlükəsizliyi üzrə ən yeni tənzimləyici mexanizmlərə yiyələnmək haqqında məlumatlar veriləcək.
Yerli sahibkarlar üçün təşkil olunan tədbirin əsas məqsədi ölkədə iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun dinamik inkişafının təmin edilməsi, yerli sənaye məhsullarının rəqabətqabiliyyətliliyinin artırılması, beynəlxalq İSO standartlarının tələblərinə cavab verən ixracqabiliyyətli məhsulların istehsalı və milli keyfiyyət infrastrukturunun inkişaf etdirilməsi ilə bağlı dövlət siyasətinə dəstəkdir.
Tədbir çərçivəsində Britaniya Standartlar İnstitutu ilə akkreditasiya olunmuş “TexnoSert” və “AzSert” sertifikatlaşdırma orqanları arasında “İxracyönümlü məhsulların Avropa bazarına çıxarılmasına dair müştərək sertifikatlaşdırma fəaliyyətinin aparılmasına dair” Əməkdaşlıq Memorandumunun imzalanması planlaşdırılıb.
BSİ standartlaşdırma və sertifikatlaşdırma ilə məşğul olan ən nüfuzlu və qədim təşkilatlardan biri hesab edilir. BSİ yüz ildən artıqdır ki fəaliyyət göstərir və hazırda dünyada müasir standartların, təhsilin, sertifikatlaşdırmanın inkişafına təkan verən qlobal bir təşkilat kimi fəaliyyətdədir. Beynəlxalq Standartlaşdırma Təşkilatının (İSO) yaradılmasında və inkişafında xüsusi rolu olmuş BSİ beynəlxalq standartların hazırlanmasında İSO-nun texniki komitələrinin əksəriyyətinin katibliyini həyata keçirir.

Mahmud





 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Azərbaycan nefti bahalaşıb
13.11.2018
İpək məhsullarının ixrac potensialı
13.11.2018
Mətbuat milli maraqları müdafiə edir
13.11.2018
Ölkə üzrə pambıq tədarükü 210 min tona yaxınlaşıb
13.11.2018
AYİB-in maliyyə dəstəyi ilə Azərbaycanın özəl sektorunda 157 layihə reallaşdırılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10465

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info