Kolumbiyada Azərbaycanın qazandığı uğurlardan bəhs olunub
Tarix: 12.12.2016 | Saat: 16:32:00 | E-mail | Çapa göndər


Kolumbiya Senatı rəhbərliyinin təşəbbüsü əsasında Senat üzvlərinin, bu ölkədə akkreditə olunmuş səfirliklərin, Kolumbiya hökumət dairələrinin nümayəndələrinin iştirakı ilə Senatın binasında Azərbaycana həsr olunmuş təntənəli mərasim təşkil olunub.
Azərbaycanın Kolumbiyadakı səfirliyindən bildiriblər ki, mərasimin keçirilməsində məqsəd ölkəmizin Kolumbiyadakı müvəqqəti işlər vəkili R.Fərzəliyevin “Şərq və Qərb arasında körpü: Azərbaycan” mövzusunda çıxışının dinlənməsi və onun Kolumbiyanın ən nüfuzlu mükafatlarından biri olan “Gran Cruz con placa de oro” (Qızıl lövhəli böyük xaç) ordeni ilə təltif edilməsindən ibarət olub.
Mərasim hərbi orkestrin ifasında Azərbaycan və Kolumbiya dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Kolumbiya Senatının birinci vitse-prezidenti Daira de Yezus Qalvis mərasimdə çıxış edərək Azərbaycanı yerləşdiyi bölgənin ən nüfuzlu və qüdrətli dövlətlərindən biri kimi xarakterizə edib, qısa zaman kəsiyində ölkəmizin iqtisadi və siyasi cəhətdən dinamik inkişaf etdiyini bildirib. Azərbaycanda insanların dinindən, milliyyətindən asılı olmayaraq, azad, dinc və bərabərhüquqlu yaşadıqlarını bildirən senator ölkəmizdə səfərdə olarkən bütün bunların şəxsən şahidi olduğunu vurğulayıb.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan vitse-prezident təcavüzkar ölkənin işğal edilmiş Azərbaycan torpaqlarından çıxmaq istəməməsinin qəbuledilməz olduğunu, işğala son qoyulmasının bölgədə davamlı sülhün bərqərar olmasına, bütün regionun daha da çiçəklənməsinə, siyasi və iqtisadi sabitliyin möhkəmləndirilməsinə xidmət edəcəyini bildirib.
Senator D.Qalvis qeyd edib ki, Senatın rəhbərliyi iki ölkə arasında dostluq və əməkdaşlıq əlaqələrinin gücləndirilməsi istiqamətində fəaliyyətinə, təmsil etdiyi ölkənin xalqının hüquqlarını səylə müdafiə etdiyinə görə R.Fərzəliyevi Kolumbiyanın ən nüfuzlu mükafatlarından biri olan “Gran Cruz con placa de oro” ordeni ilə təltif etmək barədə qərar qəbul edib.
Orden və Senatın prezidentinin imzaladığı şəhadətnamə Azərbaycan diplomatına təqdim edilib.
Daha sonra R.Fərzəliyev “Şərq və Qərb arasında körpü: Azərbaycan” mövzusunda geniş məruzə ilə çıxış edib.
Çıxışında azərbaycanlı diplomat cari ildə ölkəmizin dövlət müstəqilliyinin bərpa edilməsinin 25 illiyini qeyd etdiyini bildirib. İyirmi beş ilin uzun bir zaman olmamasına baxmayaraq, əldə edilən uğurların böyüklüyünü faktlarla göstərib.
Daha sonra iştirakçılara Azərbaycanın siyasi-iqtisadi və mədəni inkişafı haqqında dolğun məlumat verilib, milli və transmilli layihələrdən bəhs olunub. Meqa infrastruktur layihələri, Asiya və Avropanı birləşdirən güclü logistik və nəqliyyat infrastrukturunun qurulması, eləcə də tarixi İpək Yolunun bərpa edilməsi istiqamətində görülən işlərdən, Azərbaycanda cari ilin “Multikulturalizm ili” elan olunmasından ətraflı danışılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
ABŞ-ın ən böyük tarixi səhvi Corc Buşun Yaxın Şərqə qoşun yeritməsi olub
20.09.2018
Macarıstan ilə Ukrayna arasında diplomatik qalmaqal
20.09.2018
Şinzo Abe yenidən Yaponiyanın hakim Liberal Demokratik Partiyasının sədri seçilib
20.09.2018
Paşinyanın növbəti iftirası: siyasi imicini itirmiş şoumen
19.09.2018
Pakistan məhkəməsi Nəvaz Şərifin həbsdən buraxılmasına qərar verib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info