“İş yerinə dair arayış” e-xidmətindən 22 610 dəfə istifadə qeydə alınıb
Tarix: 12.12.2016 | Saat: 16:35:00 | E-mail | Çapa göndər


Cari ilin noyabr ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Elektron hökumət” portalı üzərindən təqdim etdiyi “İş yerinə dair arayış” elektron xidmətinə müraciətlərin sayı əvvəlki oktyabr ayı ilə müqayisədə 4,4 faiz artaraq 22 610-a çatıb. Ümumilikdə cari ilin yanvar-noyabr aylarında əhali həmin e-xidmətdən 204 918 dəfə faydalanıb ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 11 faiz çoxdur.
Müvafiq hallarda müxtəlif qurumlar tərəfindən vətəndaşlardan ən çox tələb olunan arayışlardan biri də iş yerinə dair arayışdır. “İş yerinə dair arayış” e-xidməti əmək fəaliyyəti ilə məşğul olan vətəndaşa həmin arayışı işlədiyi müəssisənin məsul şəxslərinə müraciət etmədən və istədiyi vaxtda onlayn rejimdə əldə etməyə imkan verir. İstifadəçi arayışı elektron formada aidiyyəti təşkilata göndərə, ya da kağız formasında çap edib təqdim edə bilər. Arayışda işəgötürən barədə məlumatlar, onun əlaqə nömrəsi, işçinin şəxsi məlumatları, əmək müqaviləsinin bağlandığı tarix, müddətli, yaxud müddətsiz olması, etibarlılıq müddəti və s. məlumatlar əhatə olunur.
Arayış hansı quruma təqdim edilirsə, həmin qurum bu sənəddə qeyd olunan ştrix-kod vasitəsilə “E-hökumət” portalındakı “Portal üzərindən verilmiş arayışların yoxlanılması” xidmətindən istifadə etməklə arayışda göstərilən məlumatların düzgünlüyünü yoxlaya bilir.
“İş yerinə dair arayış” e-xidməti 2014-cü ilin dekabr ayından əhalinin istifadəsindədir və əhali cari ilin 01 dekabr tarixinə qədər bu e-xidmətdən 425 828 dəfə faydalanıb.

Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Mərkəzi Klinikanın həkimləri vətəndaşları ödənişsiz müayinə edəcəklər
25.09.2018
Məcburi köçkünlərlə növbəti görüş keçirilib
25.09.2018
Qəbələdə 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır
25.09.2018
Nazir müavini: Pensiya təyinatı proseduru elektronlaşdırılacaq
24.09.2018
Səyyar ASAN xidmət davam edir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
3 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info