“Mosulda beş minədək “İŞİD” silahlısı var“
Tarix: 12.12.2016 | Saat: 16:38:00 | E-mail | Çapa göndər


Hazırda İraqın Mosul şəhərində “İŞİD” terror qruplaşmasının 3-5 min silahlısı var.
 
“RİA Novosti” agentliyinin verdiyi xəbərə görə, bunu ABŞ qoşunlarının Suriya və İraqdakı komandanı general-leytenant Stiven Taunsend  bəyan edib.
 
“Əməliyyat başlayanda Mosulda 3500-dən 6000 minədək silahlının olduğunu təxmin edirdik. Son hesablamalarımıza əsasən, oktyabrın 17-dən etibarən 2 mindən çox terrorçu məhv edilib. Beləliklə, hazırda Mosulda beş minədək “İŞİD” silahlısı qalır”, deyə S.Taunsend bildirib.
 
Qeyd edək ki, ötən gün Eşton Karter ABŞ-ın müdafiə naziri qismində son dəfə İraqa səfər edib.
 
Mosulun terrorçu İŞİD qruplaşmasından azad edilməsi əməliyyatı oktyabrın 17-də başlayıb. Əməliyyatda İraq ordusu, Kürd peşmərgə birləşmələri, yerli özünümüdafiə dəstələri və ABŞ-ın rəhbərliyi altında beynəlxalq hərbi-havaqüvvələri iştirak edir.
 
Xatırladaq ki, Mosul şəhəri 2014-cü ilin iyunundan “İŞİD”in nəzarətinə keçib.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Qətərdə regionun ultramüasir klinikası açılıb
19.11.2018
Putin:“Türk axını” tamamlandıqdan sonra Rusiya-Türkiyə enerji əməkdaşlığı daha da güclənəcək”
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info