Tarix İnstitutunun illik hesabatı təqdim olunub
Tarix: 12.12.2016 | Saat: 16:53:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib. İclasda Tarix İnstitutunun illik hesabatı təqdim olunub. Toplantıda çıxış edən Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov bildirib ki, institutun elmi tədqiqat fəaliyyəti ölkə rəhbərliyinin daim diqqət mərkəzindədir: “Tarix İnstitutunda aparılan tədqiqatlar Prezident İlham Əliyevin çağırışları və tapşırıqları əsasında həyata keçirilir”. İclasda bildirilib ki, 2016-cı ildə Tarix İnstitutunda 49 adda yeni kitab çap olunub. Qeyd edək ki, bu il“İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” (ispan və ərəb dillərində), “Real tarix və “Böyük Ermənistan” uydurması” (ispan və rus dillərində), “Azərbaycan Respublikasının tarixi” ikicildliyi, “Azərbaycan xalqına qarşı 1918-ci il soyqırımları”, 4 adda İrəvan xanlığının tarixinə dair broşürlər - “İrəvan xanlığı: erməni vandallarının yox etdiyi Xan sarayı”, “İrəvan xanlığı: erməni vandallarının yox etdiyi İrəvan məscidləri”, “İrəvan xanlığı: İrəvan qalası – qəhrəmanlıq qalası”, “Çuxursəd hakimləri və İrəvan xanları” (Azərbaycan, rus və ingilis dillərində) və digər kitablar nəşr olunub. Tarixçi-alim Yaqub Mahmudov qeyd edib ki, bu il Tarix İnstitutu “Tarixi şəxsiyyətlərimizə sahib çıxaq” layihəsi çərçivəsində orta məktəblərdə Şah Təhmasib Səfəviyə, Tomirisə, I Şah Abbasa, Həsən Padşaha və Hacı Çələbi xana həsr olunmuş elmi-praktik konfranslar keçirməyi davam etdirib. Qeyd olunub ki, “Xocalı: soyqırım tariximizin son faciəsi” adlı elmi konfrans, Şamaxıda “Azərbaycan və Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı soyqırımları” adlı III Beynəlxalq elmi konfrans, “İrəvanın maddi və mənəvi irsi” mövzusunda gənc tədqiqatçıların elmi-praktik konfransı, görkəmli səfəvişünas alim Oqtay Əfəndiyevin anadan olmasının 90 illiyinə həsr olunmuş elmi sessiya və digər tədbirlər keçirilib. Qeyd edək ki, bu il Özbəkistanın görkəmli tədqiqatçı alimi Şuxrat Barlasa və Türkiyə Respublikasının Nazirlər Kabinetinin Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun başqanı Derya Örsə Tarix İnstitutunun fəxri doktoru diplomu təqdim olunub. Çıxış edən tarixçi-alimlər Nərgiz Axundova, İradə Bağırova, Tofiq Mustafazadə, Həsən Əlibəyli, Cəbi Bəhramov, Qasım Hacıyev və başqaları Tarix İnstitutunun 2016-cı ildə gördüyü işləri yüksək qiymətləndiriblər.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info