BSU-da “Milli-mənəvi dəyərlər və müasirlik” mövzusunda seminar
Tarix: 12.12.2016 | Saat: 16:54:00 | E-mail | Çapa göndər


Bakı Slavyan Universitetində (BSU) “Milli-mənəvi dəyərlər və müasirlik” mövzusunda seminar keçirilib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Gənclər və İdman Nazirliyi və BSU-nun təşkilatçılığı ilə baş tutan tədbirin əvvəlində Azərbaycanın dövlət himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tərbiyə işləri üzrə prorektor, dosent Xanım Sultanova seminarın mahiyyəti və məqsədi barədə ətraflı məlumat verib. X.Sultanova qeyd edib ki, seminar gənclər arasında milli-mənəvi dəyərlərin təbliği və dini radikalizmə qarşı mübarizə məqsədi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Gənclər və İdman Nazirliyinin 2016-cı il üçün təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq keçirilir. Gənclər və İdman Nazirliyinin Vətənpərvərlik və vətəndaşlıq sektorunun müdiri Əli Məmmədov çıxışında bildirib ki, nazirlik Tədbirlər Planına əsasən bölgələrdə maarifləndirici seminar-treninqlərlə bağlı öz işini davam etdirir. Milli dəyərlərin, dövlət rəmzləri və atributlarının təbliği işində gənclərin fəaliyyətini yüksək qiymətləndirən Ə.Məmmədov bu təbliğatı gücləndirməkdə təhsilin vacib rolu olduğunu deyib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdir müavini Cahandar Əlifzadə ənənəvi İslam dəyərlərinin düzgün təbliğinin aparılmasında gənclərin üzərinə düşən vəzifələrdən danışıb. O qeyd edib ki, ölkəmizdə dövlət-din münasibətlərinin tənzimlənməsi, müxtəlif dinlərə məxsus məbədlərin qorunması, onların təmiri və yenilərinin inşası, ali dini təhsilli kadrların hazırlanması işinə də ciddi əhəmiyyət verilir. Dəyirmi masada seminarın mövzusu ətrafında müzakirlələr aparılıb. BSU-nun Azərbaycanşünaslıq tədris və mədəniyyət mərkəzinin müdiri Malik Kərimov və jurnalistika fakültəsinin dosenti Dürdanə Tahirli çıxışlarında müasir ailə dəyərlərinin formalaşması, multikultural dəyərlər, azərbaycançılıq məfkurəsinin geniş təbliğinin zəruriliyindən bəhs ediblər. Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.
Mahmud





 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Bakcell”in dəstəyi ilə keçirilmiş M.A.P. Festivalı teatr həvəskarlarına unudulmaz təəssüratlar bəxş edib
13.11.2018
Gömrük əməkdaşları üçün seminar təşkil edilib
13.11.2018
“Dini radikalizmi doğuran əsas səbəblərdən biri İslam haqqında biliklərin az olmasıdır“
13.11.2018
“Nərimanov“ elektrik deposunda qatarlara texniki baxış sahəsi yenidən qurulur
13.11.2018
1100-dək kiçik ailə təsərrüfatı yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10463

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info