ABŞ-la Çin arasında qalmaqal
Tarix: 12.12.2016 | Saat: 17:23:00 | E-mail | Çapa göndər


Donald Trampın Tayvan adası ilə bağlı söylədikləri ABŞ-la Çin arasında qalmaqala səbəb olub.
 
“CNN”in verdiyi xəbərə görə, D. Tramp adanın Çinin bir hissəsi olduğunu şübhə altına alıb. 
 
“Mən “Vahid Çin” siyasətini tam anlayıram. Anlamadığım məqam odur ki, əgər biz Çin ilə ticarət də daxil olmaqla, bir sıra məsələlər üzrə razılaşma əldə etmiriksə, o zaman niyə “Vahid Çin” siyasətinə özümüzü bağlı hesab etməliyik?”, - deyə Tramp vurğulayıb. 
 
ABŞ-ın yeni prezidenti Çin hakimiyyət orqanlarını əsəbiləşdirmək niyyətində olmadığını açıqlayıb, bununla yanaşı onları ticarət və Şimali Koreyanın nüvə proqramına təsir etməklə, danışıqlara çağırıb. 
 
Çinin dövlət “Global Times” qəzeti isə bu fikirlərə görə Trampı “xarici siyasətdən anlayışı olmayan uşaq” adlandırıb: “Vahid Çin” siyasəti satın alına bilməz. Görünən odur ki, Tramp yalnız biznesdən anlayır və inanır ki, hər şeyin qiyməti var. O düşünür ki, əgər kifayət qədər güclüdürsə, o zaman güclə hər şeyi alıb sata bilər”.  
 
Nəşr həmçinin əlavə edib ki, Donald  Tramp “Vahid Çin” siyasətinə dəyişiklik etmək istəsə, o zaman iki ölkə arasında “həqiqi böhran “ yaşanacaq. 
 
Qeyd edək ki, “Vahid Çin” siyasəti ABŞ prezidenti Riçard Niksonun Çinə tarixi səfərindən sonra icra olunmağa başlayıb və iki ölkə arasında qurulan diplomatik əlaqələrin təməli hesab edilir.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
Fransada “Sarı jiletlər”in növbəti aksiyası keçirilir
19.01.2019
Türkiyə hərbçiləri Suriyada “YPG“ terrorçularına layiqli cavab veriblər
18.01.2019
Berlin: Moskva “Şimal axını-2” layihəsinin tikintisini müstəqil şəkildə başa çatdırmağa qadirdir
18.01.2019
İtaliya Suriyada yenidən səfirliyini aça bilər
18.01.2019
İran ABŞ-dan Press TV-nin jurnalistini təcili azadlığa buraxmağı tələb edir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info