Azərbaycanın karikaturaçı rəssamının Kiyevdə sərgisi açılıb
Tarix: 12.12.2016 | Saat: 19:28:00 | E-mail | Çapa göndər


Ukraynanın paytaxtı Kiyev şəhərində Azərbaycanın Əməkdar İncəsənət xadimi Bayram Hacızadənin fərdi sərgisi açılıb.
Azərbaycan Karikaturaçı Rəssamlar Birliyindən AZƏRTAC-a bildirilib ki, Taras Şevçenko adına Ukrayna Milli Muzeyində təşkil olunmuş “Bayram Hacızadənin satirik qrafikası” adlı sərgidə rəssamın beynəlxalq müsabiqələrdə və bienallarda mükafatlar almış, müxtəlif albom və kataloqlarda dərc olunmuş 70 əsəri nümayiş edilib.
Sərgidə Ukraynanın ictimaiyyət nümayəndələri, rəssamlar, mətbuat işçiləri, rəsmi şəxslər, eləcə də ölkəmizin Ukraynadakı səfirliyinin əməkdaşları iştirak ediblər.
Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin və Ukrayna Karikaturaçılar Assosiasiyasının birgə layihəsi olan bu sərgi karikaturaçı rəssam Bayram Hacızadənin yaradıcılıq fəaliyyətinin 30 illiyinə həsr olunub.
Rəssamın incə yumorla işlənmiş əsərlərində tolerantlıq ruhunun yüksək olmasını xüsusilə qeyd edən qonaqlar bu və bu kimi tədbirlərin iki ölkə arasında dostluğun və sıx əməkdaşlığın daha da yüksəldilməsinə xidmət edəcəyini vurğulayıblar.
On gün davam edəcək sərgi Ukraynanın mərkəzi televiziya kanallarında, eləcə də mətbuat səhifələrində geniş işıqlandırılıb.
Qeyd edək ki, rəssamın “Tolerantlıq” başlığı altında fərdi sərgiləri bu ilin axırına qədər Belarus, Rusiya, İsrail və Türkiyədə də keçiriləcək.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info