Belarus Dövlət Rabitə Akademiyasının dekanı BANM-də olub
Tarix: 12.12.2016 | Saat: 19:50:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Belarus Dövlət Rabitə Akademiyasının universitetə qədərki hazırlıq fakültəsinin dekanı Yuri Stepancukla görüşüb. Görüşdə rektor Elmar Qasımov rəhbərlik etdiyi ali təhsil müəssisəsinin tarixi, fəaliyyət istiqamətləri və perspektiv planlarından danışaraq ali məktəbin beynəlxalq əlaqələrinin getdikcə daha da genişləndiyini deyib. Belarus Dövlət Rabitə Akademiyasının universitetə qədərki hazırlıq fakültəsinin dekanı Yuri Stepancuk Ali Neft Məktəbinin fəaliyyəti ilə tanış olaraq burada tələbələr üçün yaradılan şərait və imkanların yüksək səviyyədə olduğunu bildirib.
Görüşdə, həmçinin əlaqələrin qurulması və gələcək əməkdaşlığın inkişaf etdirilməsi üçün müqavilə imzalanması barədə tərəflər arasında razılıq əldə olunub. Gələcəkdə imzalanacaq əməkdaşlıq müqaviləsinin həm tələbə və professor-müəllim heyəti, həm də bütövlükdə, iki ali təhsil müəssisəsi arasında əməkdaşlığa rəvac verəcəyi vurğulanıb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Şəhid qazancı...
22.02.2019
Elçin Quliyev: Azərbaycan Sərhəd Mühafizəsi ən müasir döyüş texnikaları, gözətçi gəmiləri ilə təchiz olunub
22.02.2019
Baş prokuror Salyan rayonunda vətəndaşları qəbul edib
22.02.2019
“İrəli” gəncləri “Women rights are human rights” layihəsində
22.02.2019
“Kaspersky Lab”: Azərbaycanda istifadəçilərin 60%-i antivirus quraşdırmaqda maraqlı deyil

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info