Yapon jurnalistlər Naftalanın turizm imkanlarından bəhs edən süjet hazırlayacaqlar
Tarix: 12.12.2016 | Saat: 21:09:00 | E-mail | Çapa göndər


Yaponiyanın Tokio televiziyasının əməkdaşları ölkəmizə bir həftəlik səfərləri çərçivəsində Naftalanda olub və şəhərin turizm imkanlarına dair süjet üçün video çəkilişlər ediblər.
Bu barədə  Naftalan Şəhər İcra Hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, dekabrın 4-dən 11-dək ölkəmizdə olan Tokio televiziyasının müxbiri Tadaaki Aoki və operator Keisuke Endo Naftalanda möcüzəli balneoloji palçıq-neft vannaları, onun şəfaverici xüsusiyyətindən bəhs edən film üçün video çəkilişlər aparıblar.
Televiziya əməkdaşları əsasən “Naftalan” Müalicə və Sağlamlıq Mərkəzində, həmçinin “Çinar” oteldə tursitlər üçün yaradılan şəraitlə maraqlanıb, burada müalicə olunan xəstələrdən müsahibələr alıblar.
Onlar qeyd ediblər ki, 1904-cü ildə Rus-Yapon müharibəsi dövründə hər bir yapon əsgərinin fərdi aptekində ilk yardım vasitəsi kimi bir banka Naftalan məlhəmi olub. Bankanın üzərindəki yarlıqda bu sözlər yazılıb: “Bu məlhəmi olan şəxsin yaralardan qorxusu yoxdur”. Məhz həmin fakt və Naftalanın müalicəvi əhəmiyyətli palçıq-neft vannaları yaponlarda böyük maraq yaratdığı üçün onlar Azərbaycana səfər edib və bu diyardan bəhs edəcək süjetin çəkilişlərinə başlayıblar.

Tural




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Sərhəd idarəçiliyi üzrə potensialın gücləndirilməsi istiqamətində görülən tədbirlər müzakirə edilib
21.11.2018
Bakıda Azərbaycan-Qazaxıstan Gənclərinin Forumu işə başlayıb
21.11.2018
YAP-ın yaranmasının 26 illiyi ilə əlaqədar Pirallahıda tədbir keçirilib
20.11.2018
“Cümhuriyyət 100 il” adlı rəsm müsabiqəsinə yekun vurulub
20.11.2018
İnzibati məsuliyyətə cəlb edilən piyadaların sayı 100 mini ötüb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info