Taekvondoçularımız beynəlxalq turniri bir qızıl medalla başa vurub
Tarix: 12.12.2016 | Saat: 23:11:00 | E-mail | Çapa göndər


Azərbaycan Taekvando Federasiyası dünyanın ən yaxşı federasiyası seçilib
Bakıda keçirilən taekvando üzrə Qran-pri yarışının final mərhələsinə yekun vurulub. Yarışın sonuncu günündə daha dörd çəki dərəcəsində qaliblər müəyyənləşib. Azərbaycan yığma komandası iki gün davam edən Bakı Qran-prisində üç çəki dərəcəsində 5 taekvandoçu ilə təmsil olunub. Aktivinə bir qızıl medal yazdıran millimiz üçün turnirin birinci günü uğurlu olub. Taekvandoçumuz Milad Beigi Harçeqani (80 kq) fəxri kürsünün ən yüksək pilləsinə yüksələrək beynəlxalq yarışın qalibi olub. Sonuncu gündə isə dayanq üzərinə çıxan taekvondoçularımız ilk döyüşlərini məğlubiyyətlə başa vurublar. Əvvəlcə Olimpiya çempionumuz Radik İsayevin (+80 kq) yarışda debütü uğurlu alınmayıb. Öz çəki dərəcəsində lider olan R.İsayev gözlənilmədən Roman Kuznetsova 0:3 hesabı ilə uduzub. Turnirdə ölkəmizi təmsil edən yeganə xanım taekvondoçumuz Yaprak Eriş (57 kq) səkkizdəbir finalda Hedaya Malakla (Misir) qarşılaşıb. Döyüş rəqibin üstünlüyü ilə keçib və idmançımız yarışdakı çıxışını erkən başa vurub. Dünya reytinqində 12-ci yerdə qərarlaşan Ayxan Tağızadə (68 kq) isə Koreya Respublikasından olan idmançı Seok-Bae Kimlə görüşdə uduzaraq mübarizəni dayandırıb. Beləliklə, Azərbaycan yığması 47 ölkədən 128 taekvondoçunun mübarizə apardığı Qran-pri turnirini bir qızıl medalla başa vurub. Onu da qeyd edək ki, Dünya Taekvando Federasiyası (DTF) 2016-cı ilə yekun vurub. Bununla bağlı Bakıda keçirilən tədbirdə DTF-nin prezidenti Çunqvon Çu, müxtəlif ölkələrin taekvando federasiyalarının prezidentləri, Azərbaycan Taekvando Federasiyasının prezidenti Kamaləddin Heydərov, gənclər və idman naziri Azad Rəhimov və digər qonaqlar iştirak ediblər. Dünya Taekvando Federasiyasının rəhbəri Çunqvon Çu Azərbaycan Taekvando Federasiyasının prezidenti, DTF-nin vitse-prezidenti Kamaləddin Heydərova xüsusi mükafat təqdim edib. Sonra DTF bu idman növü üzrə ilin “ən yaxşıları”nın adlarını elan edib. Dünyanın ən yaxşılarının siyahısında həm Azərbaycan Taekvando Federasiyası, həm də kişilərdən ibarət yığmamızın baş məşqçisi Reza Mehmandost var.




 
Bölməyə aid digər xəbərlər
18.06.2019
UEFA Avropa Liqası: “Neftçi” və “Səbail” klublarının rəqibləri müəyyənləşib
18.06.2019
“Qarabağ“ın Çempionlar Liqasındakı rəqibi müəyyənləşdi: Albaniyanın “Partizani“ klubu
18.06.2019
Ölkəmizi uğurla təmsil etməyə çalışacam
18.06.2019
Daha beş güləşçimizin rəqibi müəyyənləşdi
17.06.2019
“Neftçi“ və “Səbail“in 5 potensial rəqibi açıqlandı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10807

1 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
2 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib
3 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
4 Çilidə güclü zəlzələ olub
5 Diaspor rəhbərinə Rusiya Prezidentinin fəxri fərmanı təqdim olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info