Müsavat Ərdoğanın adına saxta səhifədən sitat gətirdi
Tarix: 04.04.2013 | Saat: 16:12:00 | E-mail | Çapa göndər


Müxalifətin növbəti saxtakarlığı üzə çıxdı

İKT-nin inkişafı, sosial şəbəkələrin ortaya çıxması siyasi qüvvələrin, qrupların təbliğat və özünüifadə imkanlarını olduqca artırıb. Amma məsələ burasındadır ki, gərək bu imkanlardan effektli və korrekt şəkildə yararlanmaq səviyyəsində olasan. Yəni siyasi qüvvələr də informasiya əsrində ortaya çıxan yeni kommunikasiya texnologiyaları ilə lazımi səviyyədə ayaqlaşmağı bacarmalıdırlar. Qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən müxalifət qüvvələri də sosial şəbəkələrdən tam gücü ilə yararlanmaq və təbliğatlarını aparmaq imkanına malikdirlər. Amma reallıqda bir iş və fəaliyyət ortada olmayanda, bunu virtual aləmdə də belə, uzun müddət gizlədə bilmirsən və virtual “qəhrəmanlıq” imkanları bitmiş olur, saxtakarlıq üzə çıxır... Lap Müsavatın “Facebook”da elədiyi əllaməlik kimi...
Belə ki, Müsavat partiyasının nəzarətində olan qəzet guya Türkiyə Baş naziri Rəcəb Tayyib Ərdoğanın öz rəsmi səhifəsində İsa Qəmbərin ”Ülke TV”yə fikir bildirməsinə yer verib. Müsavatın nəzarətində olan qəzet isə guya Türkiyə Baş nazirinin İsa Qəmbərin fikirlərinə diqqət yetirdiyi və bu fikirləri öz rəsmi “Facebook” səhifəsində verdiyini cidd-cəhdlə şişirdib qabardır. Halbuki aşkara çıxardıq ki, İsa Qəmbərin fikirləri verilmiş səhifə saxta imiş. Belə ki, hazırda sosial şəbəkələrdə tanınmış adamların, diplomatların adına saxta profillər, səhifələr açılması hamıya aydındır. Müsavatın istinad etdiyi həmin səhifə də faktiki olaraq bu cür saxta səhifələrdən biridir və bu səhifəni Ərdoğanın rəsmi səhifəsi kimi qələmə verənlər yanılırlar. Buna sübut üçün həmin yalançı səhifənin linkini təqdim edirik: http://www.facebook.com/Worldleadererdogan
Göründüyü kimi, burada ingiliscə “dünya lideri” Ərdoğan yazılıb. Yəqin ki, Ərdoğan kimi ciddi siyasi diplomat və dövlət xadimi özü haqqında “dünyanın lideri” kimi qeyri-təvazökar epitetli təqdimat etməz...
Onu da qeyd edək ki, Ərdoğanın rəsmi səhifəsi də ortadadır. Bu səhifə isə verilmiş lunkdədir: https://www.facebook.com/RecepTayyipErdogan?fref=ts
Beləliklə, yeni texnologiyalardan yararlanmağa çalışmaqla müxalifətin növbəti dəfə yanlışlıq etdiyi və ya qəsdən bu işə getdiyi üzə çıxmış olur. Bir şeyi unutmaq olmaz ki, əgər reallıqda heç bir gücə və imkanlara malik deyilsənsə, nə qədər çevik texnologiyalara baş vursan belə, saxtakarlıq edəndə, bir o qədər “çevik” şəkildə ifşa olunursan. Lap elə verilmiş linklərdən göründüyü kimi, hər şey göz qabağındadır... Bunun ardınca yəqin ki, müxalifətdən növbəti təkzib gözləməliyik...

İLKIN




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib
19.11.2018
Paytaxtın 2 rayonunda iməclik keçirilib
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info