. Bu il İmişlidə 35 min ədəd tut tingi əkiləcək
Tarix: 12.12.2016 | Saat: 23:40:00 | E-mail | Çapa göndər


Ölkəyə gətirilən yeni tut tinglərindən 35 min ədədi İmişli rayonuna verilib. Mütəxəssislərin qənaətinə görə, Çin Xalq Respublikasından gətirilən tut tingləri rayonda baramaçılığın inkişafına mühüm töhfələr verəcək.
Yeni gətirilən tinglərin əkini üçün rayonun Göbəktala və Bəcirəvan kənd ərazi nümayəndəliyində kifayət qədər sahə ayrılıb. Ting əkiləcək sahələrə əvvəlcədən aqrotexniki qulluq göstərilib, malalama işləri aparılıb, gübrə verilib. Əkinin qısa vaxtda başa çatdırılması üçün ümumrayon iməciliyi keçirilib. Bütün idarə və müəssisələrdən xeyli sayda işçi kampaniyaya cəlb olunub. Tinglərdən 2 min ədədi Göbəktala kəndində əkilib. Qalan 33 min isə Bəcirəvan kənd ərazi nümayəndəliyində ayrılan ərazidə əkilir. Tut bağlarının uzunmüddətli olması üçün dayanıqlı su təminatı da nəzərdə tutulub. Rayon kənd təsərrüfatı idarəsinin rəis əvəzi Səlim Məhərrəmov bildirib ki, tinglərin əkinində mütəxəssislər yaxından iştirak edir. Əkilmə qaydasını izah edən mütəxəssislər aqrtotexniki qulluq qaydalarının əsas şərt olduğunu bildirirlər. Yüksək məhsuldarlığa malik olan bu ağac növünün gələcəkdə artırılması üçün həmin tinglərin özündən istifadə edilməsi də mümkün olacaq. Yeni əkilən tinglərin yetişdirilməsi və onun mühafizəsi üçün rayonda xüsusi komissiya yaradılıb. Qeyd edək ki, bu il rayonda 3 ton 750 kiloqram barama istehsal olunub.




 
Bölməyə aid digər xəbərlər
21.08.2019
Azərbaycan nefti bahalaşıb
20.08.2019
İcra və Kommunikasiya Planlarının icrasına başlanılıb
20.08.2019
Özəl şirkətlərə məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi artıb
20.08.2019
Yanvar-iyul aylarında 1304 minik avtomobili istehsal olunub
20.08.2019
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərliyi vətəndaşları Tovuz və Ağstafada qəbul edəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10867

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info