Çin cavab tədbirləri ilə hədələyir
Tarix: 12.12.2016 | Saat: 23:47:00 | E-mail | Çapa göndər


“Pekin belə olacağı halda Tayvanla bağlı siyasətində silsilə tədbirlər həyata keçirməli olacaq. Trampın provokasiyaları davam edəcəyi halda adanın silahı yolu ilə deyil, sülh yolu ilə birləşməsi prioritet olmayacaq”

Donald Trampın Tayvan adası ilə bağlı söylədikləri ABŞ-la Çin arasında qalmaqala səbəb olub. Tramp adanın Çinin bir hissəsi olduğunu şübhə altına alıb. “Mən “Vahid Çin” siyasətini tam anlayıram. Anlamadığım məqam odur ki, əgər biz Çin ilə ticarət də daxil olmaqla, bir sıra məsələlər üzrə razılaşma əldə etmiriksə, o zaman niyə “Vahid Çin” siyasətinə özümüzü bağlı hesab etməliyik?”, - deyə Tramp vurğulayıb.
ABŞ-ın yeni prezidenti Çin hakimiyyət orqanlarını əsəbiləşdirmək niyyətində olmadığını açıqlayıb, bununla yanaşı onları ticarət və Şimali Koreyanın nüvə proqramına təsir etməklə, danışıqlara çağırıb. Çinin dövlət “Global Times” qəzeti isə bu fikirlərə görə Trampı “xarici siyasətdən anlayışı olmayan uşaq” adlandırıb. Nəşr həmçinin əlavə edib ki, Donald Tramp “Vahid Çin” siyasətinə dəyişiklik etmək istəsə, o zaman iki ölkə arasında “həqiqi böhran“ yaşanacaq. Qeyd edək ki, “Vahid Çin” siyasəti ABŞ prezidenti Riçard Niksonun Çinə tarixi səfərindən sonra icra olunmağa başlayıb və iki ölkə arasında qurulan diplomatik əlaqələrin təməli hesab edilir. ABŞ-ın yeni seçilmiş dövlət başçısının Tayvan məsələsində tutduğu mövqe rəsmi Pekin tərəfindən böyük qıcıqla qarşılanır. “Global Times” nəşri yazır ki, əgər Tramp hökuməti açıq şəkildə Tayvana dəstək verər, onlara silah satarsa, onda Pekin də əks həmlələr edəcək. Belə ki, vəziyyət bu həddə çatarsa, Pekin ABŞ-ın düşmənləri ilə münasibətlər qurmaq, onlara silah yardımı edəcəyi ilə hədələyir: “Pekin belə olacağı halda Tayvanla bağlı siyasətində silsilə tədbirlər həyata keçirməli olacaq. Trampın provokasiyaları davam edəcəyi halda adanın silah yolu ilə deyil, sülh yolu ilə birləşməsi prioritet olmayacaq”. Nəşr yazır ki, Tramp bu sözləri deyərkən nə qədər partlayışa hazır müharibəyə toxunduğunun fərqində deyil. Nəşr hesab edir ki, Çin Tramp dönəmində tam şəkildə silahlanmanı davam etdirməlidir. Ekspertlər hesab edir ki, Çinlə ABŞ arasında münasibətlərin necə inkişaf edəcəyi bəlli deyil. Rusi yalı ekspert Leonid Krutakov “Pravda.ru”ya bildirib ki, bu gün Çin faktiki olaraq dənizdən hər tərəfdən sıxışdırılıb. Onun ətrafında olan bütün boğazların nəzarəti Birləşmiş Ştatların əlindədir. Hərbi-siyasi vəziyyət gərginləşən vaxt Birləşmiş Ştatlar asanlıqla Pekinə xammal daşınmasının qarşısını ala bilər. Ona görə də iki dövlət arasında münasibətlərin kəskinləşməsinin mənfi nəticələri ola bilər. Hadisələrin hansı istiqamətdə inkişaf edəcəyi Trampın səlahiyyətlərinin icrasına başlamasından sonra aydın olacaq”. Rusiya Elmlər Akademiyasının Uzaq Şərq İnstitutunun direktor müavini, Çin və Şərqi Asiya araşdırma mərkəzinin rəhbəri, professor Andrey Ostrovskiy hesab edir ki, ABŞ-la Çin arasında münasibətlərin kəskinləşməsi məntiqsizlik olar: “Məsələ ondadır ki, bu gün ABŞ bazarı əhəmiyyətli dərəcədə Çin mallarından asılıdır. Amerika daxili bazarında ailələr Çin malları almaqla il ərzində təxminən min dolar qənaət etmiş olurlar. Xarici ticarətdə ümumi dövriyyə 600 milyard dollardır. Bu, kifayət qədər böyük rəqəmdir”.
Anar




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Qətərdə regionun ultramüasir klinikası açılıb
19.11.2018
Putin:“Türk axını” tamamlandıqdan sonra Rusiya-Türkiyə enerji əməkdaşlığı daha da güclənəcək”
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10502

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info