FTB Mərkəzi Kəşfiyyat İdarəsinə qarşı
Tarix: 12.12.2016 | Saat: 23:48:00 | E-mail | Çapa göndər


MKİ-nin “seçkiyə müdaxilə olub” iddiasına Trampdan cavab:
“Bunlar vaxtilə Səddam Hüseynin kütləvi qırğın silahına malik olduğunu deyirdilər”

Ötən həftə Amerika Birləşmiş Ştatları Konqresi son prezident seçkilərinə Rusiyanın müdaxiləsi ilə bağlı Mərkəzi Kəşfiyyat İdarəsinin təqdim etdiyi gizli məktubu müzakirə edib. MKİ hesab edir ki, Rusiya seçkiyə müdaxilə edib. Lakin həmin görüşdə iştirak edən Federal Təhqiqat Bürosunun rəsmiləri belə düşünmür.
“The Washington Post” nəşrinin məlumatına görə, məsələnin hüquqi köklərinə istinad edən Federal Təhqiqat Bürosu sübut üçün hər hansı bir fakt təqdim olunacağı təqdirdə bütün şübhələrin aradan götürəcəyini iddia edir. Mərkəzi Kəşfiyyat İdarəsi belə mövqedə deyil. “Təbii ki, Rusiyanın bu seçkilərə müdaxilə cəhdləri olub. Amma onların seçkiyə müdaxilədə xüsusi məqsədlərinin olub-olmaması aydın deyil” - deyə amerikalı rəsmilərdən biri bildirib. Bununla belə, seçkilərə Kremlin müdaxiləsi barədə səsləndirilən dumanlı fikirlər konqresmenlərin bir çoxunun ifrat narazılığına səbəb olub. Xatırladaq ki, bir müddət əvvəl “New York Times” nəşri ABŞ administrasiyasının yüksək çinli məmuruna istinadən xəbər yaymışdı ki, rus hakerləri Respublikaçılar partiyasının Milli Komitəsinin kompüterinə müdaxilə ediblər. Lakin kompüterdən oğurlanmış məlumatlar barədə heç bir məlumat verilmədi. Prezident Barak Obama seçki ərəfəsində rus hakerlərin müdaxiləsi ilə bağlı ətraflı tədqiqat aparılması barədə göstəriş vermişdi. Obama bununla bağlı hesabatı prezidentlik müddətinin sona yetməsinə qədər təqdim etmək niyyətini də gizlətməyib. Qeyd edək ki, Donald Tramp MKİ-nin seçkiyə xaricilərin müdaxiləsi barədə KİV-lərdə dərc edilən məlumatını ironiya ilə cavablandırıb: “Bunlar vaxtilə Səddam Hüseynin kütləvi qırğın silahına malik olduğunu iddia edirdilər. Seçki başa çatıb. Artıq irəli getmək və ABŞ-ı yenidən dünyanın ən güclüsü etməyin vaxtı çatıb”. Tramp, demokratların məğlubiyyətinə Rusiyanın müdaxiləsi ilə haqq qazandırılmasını cəfəngiyyat adlandırıb. Tramp “Fox News”a deyib: “Məncə, bu, çox gülüncdür. Fikrimcə, bu, daha çox özlərinə haqq qazandırmaqdır”. Senator Anqus Kinqin fikrincə, ölkə kəşfiyyatı, təbii ki, öz fikrini açıqlamalıdır: “Lakin bu, artıq başa çatmış seçkinin yekunlarını nəzərdən keçirməyə yox, daha çox gələcəkdə bu kimi halların təkrarlanmasının qarşısını almağa hesablanıb”. Respublikaçılar isə bu məsələdə eyni mövqedədir: “Heç bir sübut əldə edilməyib. Bəzi dolayı istisnalar mövcuddur, lakin bunlar sübut kimi təqdim edilə bilməz”.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Yerevan meri postuna seçkilərdə xeyli qanun pozuntusu və insident qeydə alınıb
24.09.2018
Aşot Qriqoryan: “Bu gün Ermənistanın yürütdüyü siyasət acınacaqlı vəziyyətdədir”
24.09.2018
Minsk şəhərində “Bakı Bulvarı”
23.09.2018
İrəvanda “ölü canlar” da seçki bülletenlərinə salınıb
22.09.2018
Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info