Neftin qiyməti 65 dollara qədər arta bilər
Tarix: 13.12.2016 | Saat: 00:39:00 | E-mail | Çapa göndər


“Finam” şirkətlər qrupunun analitiki Boqdan Zvariç hesab edir ki, Vyanada neft hasilatının azaldılmasına dair razılaşma əldə olunandan sonra dünyada neftin qiymətləri artaraq bir barel üçün 65 dollara çata bilər.
Amma sonradan ABŞ-da şist nefti istehsalının bərpası nəticəsində qiymətlər bir barel üçün 52,5-57,5 dollar səviyyəsində sabitləşə bilər. Xatırladaq ki, Vyanada OPEC ölkələri ilə bu quruma daxil olmayan hasilatçı ölkələrin nümayəndələrinin görüşü keçirilib. OPEC üzvü olmayan ölkələr öz gündəlik hasilatını ümumən 558 min barel, o cümlədən Azərbaycan 35 min barel azaltmaq barədə razılığa gəliblər. Azaltma yanvar ayından başlanacaq. Saziş ilin birinci yarısı üçün nəzərdə tutulsa da, onun müddəti uzadıla bilər. OPEC ölkələri isə noyabrın 30-da keçirilən iclasda öz gündəlik hasilatını 1,2 milyon barel azaldaraq 32, 5 milyon barelə çatdırmaq barədə razılıq əldə ediblər.




 
Bölməyə aid digər xəbərlər
19.03.2019
Mart ayı üzrə bütün pensiyaların ödənişi başa çatdırılıb
19.03.2019
Prezident və xanımı Bakıda Novruz şənliyində
19.03.2019
“İqtisadi islahatlar: Sahibkarlığın inkişafı və diversifikasiya” adlı beynəlxalq konfrans keçiriləcək
18.03.2019
4 ölkə OPEC və qeyri-OPEC ölkələrinin Nazirlərinin Birgə Monitorinq Komitəsinə üzv seçilib
18.03.2019
“Azərxalça”nın Goranboy və Tərtər filiallarında ilk xalçalar kəsilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10698

1 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
2 Təhsilə qoyulan sərmayə gələcəkdə yüksək potensiala malik savadlı gənclərin yetişməsini təmin edəcək
3 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
4 “Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
5 “Sondakika.com”: “Apreldən TANAP-ın Avropaya təbii qaz göndərəcək hissəsində sınaqlara başlanacaq”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info